Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Dekabr

2016
17:13
836
Netanyahunun Azərbaycana səfəri zamanı Fələstin məsələsi müzakirə olunacaq

İsrailin baş naziri Benyamin Netanyahunun sabah Azərbaycana nəzərdə tutulan səfəri zamanı müzakirə olunacaq əsas məsələrdən biri də İsrail-Fələstin münaqişəsi olacaq.

FatXəbər-in məlumatına görə, diplomatik mənbələrdən APA-ya bildirilib ki, danışıqlarda İsrail-Fələstin münaqişəsi ilə bağlı tərəflər fikir mübadiləsi aparacaq, Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək.

Qeyd edək ki, Azərbaycan beynalxalq hüquqa uyğun olaraq, habelə BMT sənədlərinə əsaslanaraq Fələstinin haqlı mövqeyini hər zaman dəstəklədiyini bəyan edib.

B. Netanyahu dekabrın 14-də Azərbaycandan Qazaxıstana yollanacaq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru