Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Dekabr

2016
14:14
1338
Netanyahunun Azərbaycan səfəri bir neçə saat çəkəcək

İsrail  baş naziri Binyamin Netanyahu Azərbaycan və Qazaxıstana səfər edəcək. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə İzRus-a portalına bildirilib. 

Mənbədən bildirilib ki, Bakı və Astanaya ikigünlük səfərdə Binyamin Netanyahunu 30 nəfərlik dəftərxana əməkdaşları və yaxınları, o cümlədən ekologiya naziri Zaev Elkin müşaiyyət edəcək.

İsrail XİN əməkdaşlarına  bilinməyən səbəbdən səfərin detallarının müzakirə eləmək yasaqlanıb. Qeyd edək ki, ilk dəfə olaraq İsrail baş naziri  potsovet məkanında müsəlman  ölkələri ziyarət edəcək. Ona görə də, mənbə bütün müvafiq informasiyaları Bakı və Astanadan almaq məcburiyyətində qalıb.

Dekabrın 13-də Bakıya gələcək Netanyahu paytaxtda cəmi bir neçə saat qalacaq. O, Azərbaycanın dövlət başçısı  İlham Əliyev ilə görüşməlidir.

Elə həmin günü axşam Netanyahu Qazaxıstana yollanacaq. 

Onun Astana səfəri daha genişmiqyaslı olacaq. Netanyahunu ölkə prezidenti Nursultan Nazarbayevlə  ikiformatlı uzun görüş gözləyir: ilk öncə dövlət başçıları məhdud əməkdaşların iştirakı ilə, sonra isə daha geniş tərkibdə müzakirələr aparacaq.

Bundan sonra  Netanyahu Respublika Senatının rəhbəri  Qasım-Jomart Tokayevlə görüşəcək. Onların söhbətləri  dekabrın 14-nə təyin olunan  biznes forumun çərçivəsində keçəcək.

Forumda iştirak etmək üçün Netanyahu ilə birlikdə  Astanaya 70 israilli biznesmen də gələcək. Tədbirdə  kənd təsərrüfatı, səhiyyə, təhlükəsizlik və eko-enerji sahəsində əməkdaşlığın möhkəmlənməsi müzakirə olunacaq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru