Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
09:07
`Neftçi`də yeni məşqçi

“Neftçi”də yeni təyinat olub.

55 taşlı ingiltərəli mütəxəssis Mik Benet "Neftçi” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin olunub. Onunla 1 illik müqavilə imzalanıb.

Mik Benet 1979-1994-cü illər ərzində İngiltərənin "Bolton Uonderers”, "Vulverhempton Uonderers”, "Kembric Yunayted”, "Preston Nort End”, "Karlayl Yunayted” və Finlandiyanın "Koparit” klublarında oynayıb. Məşqçi kimi İngiltərənin "Bolton Uonderers” U-12 – U18 (1999-2010), "Yovil Taun”un akademiyası (2010-2011), "Uiqan Atletik” U-16 (2011-2012), "Mançester Yunayted”dən ezam olunaraq Hindistanın Mumbai şəhərindəki uşaq futbol məktəbində (2012-2014) və "Mançester Yunayted” Bakı (2014-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdi. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Neftçi məşqçi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 09:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com