Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
10:23
Neftçalanın 19 kəndinə yeni yol çəkilir - VİDEO

45 km uzunluğa malik respublika əhəmiyyətli Salyan-Neftçala yolundan sonra Neftçalanın 19 yaşayış məntəqəsini əhatə edən Xolqaraqaşlı marşrutu üzrə 47 km uzunluğunda avtomobil yolunun yenidən qurulmasına start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yolun uzun müddətdir ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir edilməməsinin nəticəsində yol boyu gediş-gəlişi çətinləşdirən qabarma və çökmələr yaranıb.

"Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan tikinti layihəsinə uyğun olaraq, Neftçala-Xolqaraqaşlı yolu 4-cü texniki dərəcəyə uyğun bərpa edilir. Bunun üçün yolun deformasiyaya uğramış hissələri 200 min kubmetr sahədə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yolun profilə salınması işləri görülür. Yol yatağı hazır olan hissələrdə isə normativ qalınlıqda yol əsasının alt və üst layının qum-çınqıl və optimal qırmadaş qarışıqlarından tikintisi işləri aparılır.

Torpaq işlərinə paralel olaraq yol əsası hazır olan hissədə artıq asfaltlanma işlərinə də başlanılıb. Texnoloji ardıcıllığa uyğun olaraq hazırda 7 sm hündürlükdə iri dənəli asfalt-beton qarışığından 6 metr enində hərəkət hissə inşa edilir. Bunun ardınca 5 sm qalınlıqda xırda dənəli asfalt-beton qarışığından örtüyün üst qatı döşənəcək. Asfaltlanma işləri 280 min kvadratmetr sahəni əhatə edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Neftçala yeni yol 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 08:27



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com