Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

31 Avqust

2017
20:30
494
Neft 3%-dək bahalaşıb

Dünya birjalarında neftin qiyməti 5 həftəlik minimumu test etdikdən sonra kəskin artım nümayiş etdirir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,17 dollar və ya 2,55% artaraq 47,13 dollar təşkil edib. Ötən gün isə WTI markalı neft 1% ucuzlaşaraq iyulun 24-də qeydə alınan minimumu yeniləyib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,34 dollar və ya 2,63% artaraq 52,20 dollar olub.

"Harvi" qasırğasının Meksika körfəzində və ABŞ-ın neft sənayesinin mərkəzi sayılan Texas və Luiziana ştatlarında fəsadlar törətməsi neftin qiymətini təzyiq altında saxlayıb. Texas ştatında sutka ərzində 5,6 mln. barrel, Luiziana ştatında isə 3,3 mln. barrel neft hasil olunur. "Harvi" qasırğasının törətdiyi fəsadlar nəticəsində sutkalıq neft emalının həcmi 2 mln. barreldən çox azalıb.

Ötən gün ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin açıqladığı hesabatdan isə məlum olur ki, ötən həftə ərzində ABŞ-da xam neft ehtiyatının həcmi 5,4 mln. barrel azalıb. Beləliklə, artıq ardıcıl 9 həftə ard-arda ehtiyatlarda azalma müşahidə olunur. Lakin bu məlumatlar "Harvi" qasırğasının Meksika körfəzinə yaxınlaşmasından öncə dərc olunub.

Məqalədə : neft 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru