Nazirlərin vəzifələrinin yazılış forması müəyyənləşib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Yanvar

2018
15:57
2623
Nazirlərin vəzifələrinin yazılış forması müəyyənləşib

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən sözün (Səhiyyə) böyük, vəzifə bildirən sözün (nazir) kiçik hərflə yazılması təklif olunur.

Teni qaydalara əsasən, həmçinin tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılması təklif olunur. Məsələn, Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s.

Qeyd edək ki, əvvəlki orfoqrafiya qaydalarında nazirlərin vəzifələrinin yazılış qaydası yer almayıb.

Xatırladaq ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Layihə təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək.

Məqalədə : orfoqrafiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 23:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com