Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2018
16:28
Nazirlikdən summativ qiymətləndirmə ilə bağlı yeniliklər

Təhsil Nazirliyi 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı hazırlanan sənəd layihəsində yer alan yenilikləri açıqlayıb.

Yeniliklər barədə danışan Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, dəyişikliklərin edilməsində məqsəd şagirdlərin dərs və imtahan yükünü azaltmaqdır.

Şöbə müdiri bildirib ki, məktəbdə şagirdlər kifayət qədər çox imtahan verirlər: "Aparılan təhlillərə görə imtahanların sayı müəyyən qədər çoxdur. Bütün kənd məktəblərində bunu həyata keçirmək mümkünsüzdür. Şagirdlərin psixoloji gərginlik yaşaması da düzgün deyil. Birinci sinifdə təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik. Bunu nəzərə alaraq summativ qiymətləndirmənin sayının əsaslı şəkildə azaltmağa çalışırıq".

Nazirlik rəsmisi vurğulayıb ki, qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsi bəzi mübahisəli məqamların da həllinə imkan verəcək: "Valideynlər eyni gündə bir neçə summativin keçirilməsi ilə bağlı nazirliyə tez-tez şikayət edirdi. Hazırkı sənəd layihəsində gün ərzində keçiriləcək summativlərin maksimum sayı müəyyən edilib. Hesab edirik ki, gün ərzində 3-dən çox summativ olmamalıdır. Eyni zamanda, başqa mübahisəli məsələlərdən biri summativlərin müddəti idi. Bəzi müəllimlər bunu 30, bəziləri isə 45 dəqiqə müddətində edirdi. İndi isə kiçik summativ qiymətləndirilmənin (KSQ) keçirilmə müddətinin 45 dəqiqə olması təklif olunub".

E.Əmrullayev əlavə edib ki, yeni layihədə summativlərdə şagirdlərin biliyinin balla qiymətləndirilməsi təklif edilir: "Məsələn, şagird KSQ-dən 74 bal (4 qiyməti) toplayıb. Lakin yarım illik qiymət hesablandıqda KSQ-lərdən əldə edilən ballar toplanacaq. Balla hesablama həm mübahisə yaratmayacaq, həm də şagirdlərdə oxumağa həvəs yaradacaq. Şagirdlər üçün bal şkalası da aşağı salınıb. Misal olaraq, şagird 3 qiyməti almaq üçün 40 bal toplamalı idisə, indi onu 30 bala salmışıq".

O əlavə edib ki, layihə hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir: "Dövlət İmtahan Mərkəzi artıq bununla bağlı rəyini təqdim edib və dəstəkləyib".

Qeyd edək ki, 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklər edilə, 1-ci siniflərdə isə summativ qiymətləndirilmə ümumiyyətlə ləğv edilə bilər.

Xatırladaq ki, kurrikulumun tətbiqi ilə əlaqədar orta məktəblərdə şagird nailiyyətləri 3 formada - diaqnostik, formativ və summativ qiymətləndirmə formasında qiymətləndirilir. Summativ qiymətlədnrimə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Summativ qiymətləndirmə əsasəında şagirdlərin illik qiymətləri formalaşır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Şərhlər
ulya teacher tərəfindən 21-02-2018 09:07:58 tarixində yazıldı
dm
Men bir muellim kimi hecde razilawa bilmirem bu summativin dusturu ile..uwaql il boyu ela oxuyur butun ksq lerden 5 alir..birdene bsq den 4 alanda yarimillik ve ya illik 4 olur.bu vicdansizliqdi..onda da uwagin oxumaq hevesi olur...ve ya 2-3 alan uwaq 4 alanda onda da 4 cixir..buda 5alana haqsizliq olur..bax kurikulumun sirf qiymetlendirmesini hec cur qebul ede bilmirem...((((
Guler Veliyeva tərəfindən 22-02-2018 09:27:33 tarixində yazıldı
Salam
Ibtidai yox, amma yuxari siniflerdeki summatuv qiymetlendirme duzgun qiymetlendirme deyil mence
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 14:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com