Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Dekabr

2016
12:10
2793
Nazirlikdən ödənişli əsaslarla qəbul planının ləğv olunmasına AYDINLIQ

"Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı ləğv olunmayıb. Ali və orta ixtisas təhsili müəsisələrinə tələbə qəbulu dövlət sifarişi (dövlət hesabına)  və ödənişli əsaslarla aparılır. Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq 2016/2017-ci tədris ilindən başlayaraq ali və orta ixtisas təhsili müəsisələrinə ödənişli əsaslarla qəbul planı ləğv olunub".

 

Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

 

S. Gözəlov deyib ki, 2016/2017-ci tədris ilinə qədər ödənişli əsaslarla müəyyən sayda tələbə qəbul etmək üçün dövlət tərəfindən ali təhsil müəssisələrinə müəyyən qəbul planı verilirdi və müəyyən məhdudiyyət qoyulurdu. S.Gözəlov qeyd edib ki,Dövlət Strategiyasına uyğun olaraq 2016/2017-ci tədris ilindən başlayaraq bu plan ləğv olunub və ali təhsil müəssisələrinə imkan verilib ki, ödənişli əsaslarla təhsil alan tələbələrin sayını sifariş verə bilsinlər. Nazirlik rəsmisi vurğulayıb ki, bu zaman ali məktəblər üçün də müəyyən limit qoyulub və təhsil müəssisələrinin potensialı nəzərə alınıb: "Ali məktəblərin potensialı dedikdə bura kadr, infostruktur potensialı (maddi-texniki təchizat, auditoriya, laboratoriya fondu, avadanlıqlar, imkanlar) daxildir. Təhsil müəssisəsinin imkanı 100 nəfərə çatırsa, 1000 nəfərlik yer sifariş verə bilməz. Çünki onların tədrisi üçün laboratoriya, avadanlıq, auditoriya, müəllim lazımdır. Buna əsasən, ali məktəblər öz potensialına uyğun sifarişlər verir və ödənişli qəbul olan tələbələr üçün yerlərin sayı müəyyənləşdirilir. Ali məktəb sifariş verir ki, hər bir ixtisas üzrə bu qədər sayda ödənişli əsaslara tələbə qəbul edə bilərəm. Həmin yerlər Təhsil Nazirliyi ilə birgə müzakirə olunur, imkanlar aaraşdırılır, razılıqdan sonra ödənişli əsaslarla olan yerlərin siyahısı Nazirlər Kabinetinə göndərilir və təsdiq olunur. Dövlət sifarişli yerlərin sayı ilə bağlı isə birmənalı olaraq ixtisaslar üzrə dövlət tərəfindən konkret say verilir. Buna da ali təhsil müəsisələri müdaxilə edə bilməz. Dövlət sifarişi əsasında olan ixtisaslar üzrə tələbənin hansı universitetə düşəcəyi isə onun öz seçimindən asılıdır. Məsələn, tələbə dövlət sifarişinin tələblərinə uyğun olaraq yetərli bal yığıbsa, o texniki ixtisaslar üzrə Dövlət Neft və Sənaye Universitetini, Texniki Universiteti, Memarlıq və İnşaat Universitetini də seçə bilər. Ödənişli ixtisaslar üzrə plan yerlərini, proqnozunu isə universitet və kolleclər özləri dövlətə təqdim edir".

 

S.Gözəlov əlavə edib ki, ödənişli ixtisaslar ali məktəblərin sifarişinə keçəndən sonra bu yerlər 10%-dən 30%-dək artıb. Onun sözlərinə görə, hər bir universitet əlavə maliyyə vəsaiti qazanmaq üçün ödənişli təhsil alan tələbələrin sayının çox olnasında maraqlıdır: "Bu dəyişikliklər və ölkə prezidentinin “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2016-cı il tarixli fərmanı da ali və orta ixtisas təhsili müəssisələrə verilən sərbəstliyin həm artırılmasına imkan verir, həm də onların maliyyə imkanlarının genişlənmənsinə şərait yaradır".  (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru