Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

"Havaların isti və quraq keçməsini, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq, meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların başvermə təhlükəsini nəzərə alaraq sutkalıq növbətçiliklər təşkil edilib, meşə mühafizə xidməti işçiləri zəruri texniki avadanlıqlarla təchiz olunub".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.
Nazirlik rəsmisi vətəndaşlara müraciət edərək bildirib ki, odla ehtiyatlı davranılmalı, söndürülməmiş siqareti yerə atmamalı, təbiətdə olarkən tonqalları söndürməli, fermerlər kövşənləri yandırmamalıdır: "Əhalini, xüsusilə də meşə sahələrinə yaxın kəndlərin sakinlərini yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Çünki cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər".
A.Qaraşov qeyd edib ki, bu il meşəyə qulluq (xidmət), sanitar və meşələrin tör-töküntüdən təmizlənməsi hesabına 72 min kubmetr oduncaq tədarükü nəzərdə tutulub, ərazilər müəyyən edilib və artıq bu işlərə başlanılıb: "İlk növbədə, oduncaq Müdafiə Nazirliyinin hərbi hissələrinə, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına, Daxili İşlər Nazirliyinin daxili qoşun hissələrinə, təhsil və səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərdəki əhaliyə mövcud qanunvericilik əsasında dəyəri ödənilməklə verilir".
O vurğulayıb ki, rayon icra hakimiyyətlərinin bölgüsü əsasında təhsil və səhiyyə müəssisələrinə, həmçinin qazlaşdırılmayan kənd əhalisinə odun veriləcək: "Tədarük edə biləcəyimiz oduncağın həcmi, mövcud təlabatın çox cuzi bir hissəsini təşkil edir. Ümumiyyətlə, meşələrə yanacaq mənbəyi kimi baxılmamalıdır. İstərdik ki, alternativ yanacaq növlərindən (daş kömür, soba yanacağı və s) istifadə edilsin və meşələrə yanacaq mənbəyi kimi baxılması fikri aradan qaldırılsın".
ETSN rəsmisi həmçinin əlavə edib ki, Milli Meşə Proqramının yaxın günlərdə ictimai dinləmələri keçiriləcək.

Hikmət Hacıyev: Ermənistanda dövlət səviyyəsində çox ciddi təbliğat aparılır,
12
Dekabr
Seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlanıb - SİYAHI
12
Dekabr
Azərbaycanla Rusiya arasında dəmir yolu ilə yükdaşımaların həcmi 31% artıb
11
Dekabr28-10-2019 14:40 Nazirlik restoran sahiblərinə yenidən xəbərdarlıq etdi
03-09-2019 14:54 Azərbaycanda sənaye əhəmiyyətli meşələr salınacaq
29-05-2019 10:25 Nazirlik 22 vəzifə üzrə işçi axtarır
08-11-2018 16:28 Vətəndaşlara pulsuz tinglər paylanılacaq
31-10-2018 15:24 Havaya tüstü atan zavod cərimələndi
05-06-2018 09:40 Nazirlik vəzifəli şəxsi 5 min manat CƏRİMƏLƏDİ
- 11-12-2019 18:48 Dəniz sahilində tank əleyhinə mina aşkarlanıb
- 11-12-2019 16:34 Azərbaycanda ilk dəfə bioplastik zavodu tikiləcək
- 11-12-2019 16:33 Neftçalada su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
- 11-12-2019 15:41 Coğrafiya İnstitutu: Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb
- 11-12-2019 13:16 "EuroHome"dakı sahibkarlara kompensasiya veriləcəkmi? - RƏSMİ AÇIQLAMA
- 11-12-2019 13:03 Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı növbəti məlumat yayıb
- 11-12-2019 12:53 İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
- 11-12-2019 12:31 Sabah Azərbaycanda hava yağmursuz olacaq
- 11-12-2019 12:21 DYP-dən həyacan təbili: Bakıda yol qəzaları zamanı 167 nəfər ölüb
- 11-12-2019 12:18 Paytaxtın bu ərazisində su olmayacaq - XƏBƏRDARLIQ
- 11-12-2019 11:48 "EuroHome"dakı sahibkarlar Bakı-Sumqayıt yolunu bağladılar - VİDEO
- 11-12-2019 10:58 Bülletenlərin DSK-lara paylanmasına başlanıb
- 10-12-2019 17:01 Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
- 10-12-2019 15:06 İordaniya Kralı Azərbaycana rəsmi səfərə gəlib
- 10-12-2019 14:51 Elmira Süleymanovaya yeni vəzifə verilib
- 10-12-2019 14:17 Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq
- 10-12-2019 13:09 270 azərbaycanlı uşaq Suriya və İraqda saxlama mərkəzindədir
- 10-12-2019 13:04 Sabahın hava proqnozu açıqlanıb
- 10-12-2019 12:32 Dövlət Komitəsi: Əbu Bəkr məscidi yenidən açılacaq
- 10-12-2019 10:35 DSX hava limanında 2 elektron qapı quraşdırıb
- 09-12-2019 17:51 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyət verilir
- 09-12-2019 16:41 Naxçıvan Ali Məclisinə seçkilər təyin edilib - SƏRƏNCAM
- 09-12-2019 16:07 DYP-nin sahə rəisi bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb
- 09-12-2019 13:01 Bu ərazilərdə işıq olmayacaq
- 09-12-2019 12:59 Sabahın hava proqnozu açıqlanıb