Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2018
12:40
Nazirlik Ərdoğanın babası ilə bağlı sənəd açıqlayıb

Türkiyənin Müdafiə Nazirliyi prezident Rəcəb Tayyib Ərdoğanın babası Mustafa oğlu Kamal barədə məlumat açıqlayıb.

FaktXəbər-in İHA-ya istinadən məlumatına görə, Nazirlik son günlər prezident Rəcəb Tayyib Ərdoğanın babasının 1-ci Dünya müharibəsində Sarıqamış hərəkatında şəhid olduğuna dair Müdafiə Nazirliyinin arxiv qeydlərində adının yer almadığına dair iddiaların qərəzli olduğuna diqqət çəkib. Müdafiə Nazirliyindən verilən açıqlamada, "Müdafiə Nazirliyi tərəfindən aparılan arxiv araşdırmaları nəticəsində Rizə Səfərbərlik Şöbəsinə aid 8355 nömrəli "Hərbdə itkin düşənlər"ə aid dəftərin 213-cü səhifəsində, Rizə vilayəti Ulucami kəndi, 1982-ci il təvəllüdlü Mustafa oğlu Kamalın hərbi xidmətdə naməlum 30.01.1337 (Möhür-Osman) şəklində qeydə alındığı müəyyən edilmişdir", - deyilir.

Məlumata görə, Osmanlı imperiyası dövründə (1-ci Dünya müharibə dövrü də daxil olmaqla) əsgərlikdə vəfat edənlərin əməliyyatları Hərbi Nəzarət tərəfindən, 1909 tarixli "Askeri Tekaüt ve İstifa Kanunu"na əsasən aparılıb. Qanuna görə, birbaşa düşmən təsiri ilə (güllə, qılınc, bomba kimi) vəfat edənlər şəhid kimi qeyd edilib. Donma, günvurma, boğulma və ya yoluxucu xəstəlik kimi səbəblərdən ölənlərin isə şəhid kimi dəyərləndirilmədiyi bildirilib.

Osmalı sənədlərində o vaxtkı qanuna görə, sadəcə şəhid kimi səciyyələndirilən itkilər dərc olunurmuş:

"Buna görə də, prezidentimizin babası kimi donmadan dünyasını dəyişənlərin 1909-cu il tarixli qanununa əsasən şəhid statusunda qeydiyyatı yoxdur. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın babası Mustafa oğlu Kamalın sözügedən tarixlərdə hərbi xidmətə getdiyi və hərbdə şəhid olduğu arxivlərimizdə "hərbdə naməlum" ifadələri ilə yer alır. O dövrdəki silah yoldaşlarının açıqlamaları ilə donaraq şəhid olduğu məlumatı var."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ərdoğan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2018 04:49



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com