Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

29 Dekabr

2016
21:10
2451
Nazirlik: Tətbiq olunan təmayülləşmə ənənəvi formadan fərqlənir

"Bu gün Azərbaycanın orta məktəblərində tətbiq olunan təmayülləşmə ənənəvi formadan fərqlənir".

Bunu Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib: "Sovet dövründə dərindən öyrənilən ayrı-ayrı fənlər və proqramlar olub. O zaman fərq yalnız həmin fənlərə ayrılan tədris saatlarının artırılması ilə bağlı olub, digər fənlər isə olduğu kimi qalıb. Ancaq indiki təmayülləşmə əvvəlkindən əsaslı şəkildə fərqlənir. Bir neçə il öncə bu prosesə başladıq. Əvvəl 5, sonra 8 məktəbdə bu prosesə başlanıb".

 

Onu sözlərinə görə, bu il 182 məktəbdə təmayülləşmə tətbiq edilib və artıq 7 mindən çox şagird təmayül siniflərdə təhsil alır: "Burada xüsusi tədris planı tərtib edilir, şagirdlərə yalnız onların meylinə, marağına, qabiliyyətinə uyğun olan fənlər tədris olunur. Gələcəkdə onun təhsilinə karyerasına bilavasitə təsir edən fənlər saxlanılır. Bu da şagirdlərin məhz seçdikləri ixtisas sahələri üzrə çox uğur qazanmasına, ali məktəb yüksək balla daxil olmasına və gələcəkdə ixtisas seçiminə güclü təsir edir. Hazırda təmayül siniflərin bütün ölkədə tətbiqi üzrə təhlillər aparılır, müəyyən təkliflər hazırlanır. Növbəti dərs ilindən isə ildən bütövlükdə bu prosesə keçməyə hazırlaşırıq”. (APA)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com