Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Avqust

2019
10:04
Nazir yeni hərbi hospitalın açılışında olub - FOTO

Ölkə rəhbərliyinin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti bu istiqamətdə görülən işlərlə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə edilməsi məqsədilə cəbhəboyu zonada yeni tikilən hərbi hospitalın açılışında olub.

Bu barədə Faktxeber.com- Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məruzəyə əsasən, 150 çarpayılıq hərbi hospitalın 6 hektar ərazini əhatə etdiyi bildirilib. Burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də 450 kubmetr həcmində su anbarı, əsgər yeməkxanası, ərzaq və əşya anbarı, hamam-camaşırxana-qazanxana kompleksi, 60 yerlik avtodayanacaq, nəzarət buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, abadlıq işləri görülüb, asfalt örtüyü salınıb.

Hərbi hospitalda sahəsi 7267 kvadratmetr olan ikimərtəbəli diaqnostika mərkəzi də inşa olunub. Mərkəzdə qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, doqquz nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul şöbəsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomotologiya, oftalmologiya, yuma-dezinfeksiya, genekologiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermotologiya və efferent bölmələri yaradılıb.

Bildirilib ki, Almaniya, Amerika, Yaponiyada və digər qabaqcıl ölkələrdə istehsal edilən, tibbin son nailiyyətləri olan avadanlıqlarla təchiz edilən palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur. Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2 reanimobildən ibarət qrup yaradılıb və təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.

Müdafiə naziri yeni istifadəyə verilən hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra tibbi personalla görüşüb, onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Məqalədə : Nazir hərbi hospital 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 70 dolları keçdi

13

Dekabr
23:23
İQTİSADİYYAT
178

Daşkəsəndə 38 yaşlı şəxs özünü yandırdı

13

Dekabr
21:37
HÜQUQ,HADİSƏ
209

Qubada məktəb binası yandı

13

Dekabr
19:20
ÖLKƏ
226

“Qarabağ veteranı” adıyla 135 min mənimsədi

13

Dekabr
15:08
HÜQUQ,HADİSƏ
324
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2019 03:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru