Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

15 Mart

2017
10:33
597
Nazir: Ermənilər Azərbaycanın 700-ə qədər təhsil ocağını dağıdıb

“Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən başlayaraq ölkəmizin torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olunub. İnsanların doğma yurdlarından məcburi köçkün düşməsi təhsil sisteminə də təsir edir. İşğal nəticəsində 700-ə qədər təhsil müəssisəsi dağıdılıb”.

FaktXəbər-in “Report”a istinadən verdiyi məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclasında deyib.

O bildirib ki, atəşkəs dövründə də ermənilər atəşkəsi pozurlar, bu, həm də təhsil müəssisələrinin hədəfə alınmasıdır: “2011-ci ildə Ağdam rayonunda Fariz Bədəlovun erməni snayper tərəfindən qətlə yetirilməsi yaddaşımızdadır. Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həll olunmasını müxtəlif təxribatlarla əngəlləyir”.

M.Cabbarov deyib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri diqqət mərkəzində saxlanılır: “Ali təhsil müəssiələrində təhsil alan qaçqın və məcburi köçkün uşaqların təhsil haqqı dövlət büdcəsindən ödənilir. Son 12 ildə ölkədəki məktəblərin 70 faizi təmir olunub və yenisi tikilib. Cocuq Mərcanlı kəndində yaşayış evləri ilə yanaşı məktəb binasının tikintisinə də başlanılıb və bu ilin sentyabr ayında ilk şagirdlərini qəbul etməyə hazır olacaq”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru