Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Aprel

2017
14:19
614
Nazarbayev saqqal uzatmağı qadağan etmək istəyir

FaktXəbər-in verdiyi məlumata görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev kişilərə saqqalı uzatmaq, qadınlara isə qara rəngli paltarla tam örtünməyi qadağan edən qanun hazırlanmasını təklif edib. Bu barədə Nazarbayev Qazaxıstan Müsəlmanları Dini İdarəsinin rəsmiləri ilə görüşdə danışıb.

Prezidentin Mətbuat Xidməti açıqlayıb ki, ölkə başçısı gənc nəslin dini cəhalətin təsirində olmasını istəmir: "Cəhalət nəticəsində gənclərimiz saqqal uzadır və şalvarlarını qısaldırlar. Qara paltarlarla özünü tam örtən qızların da sayı artır. Bu nə xalqımıza, nə də ənənələrimizə uyğun deyil. Qanunvericilik səviyyəsində qadağa prosesi işlənib hazırlamalıdır. Mən əminəm ki, qazaxlar matəm müddəti ərzində qara paltar geyinirlər".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru