Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
16:23
Narkoloji Mərkəzdə zərərçəkmiş şəxs: `Hasardan qaçdım`

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Səbuhi Əzimov ifadə verib.

O bildirib ki, yanğın zamanı qardaşı oğlu yanıb: "Qardaşım oğlunun mərkəzdə həkimi Azad həkim idi. Ona isə heç nə verməmişik".

Digər zərərçəkmiş Əkbər Sahibzadə dindirilən zaman söyləyib ki, yanğın baş verən mərkəzdə müalicə alıb. O, hadisə haqqında bunları danışıb: "Həmin gün yatmışdıq. Mühafizəçi Amid palataya gəlib bizi qaldırdı. Orada bizə güclü dərmanlar vermişdilər. Digər şəxslər isə ağır dərmanların təsirindən qalxa bilmədilər. Qalxanda hər yer tüstü idi, sürünə-sürünə çölə çıxdıq. Qapıya ən yaxın çıxış bizim palata idi. Yatanlardan çoxu qalxa bilmədi. Bizi palatadan çıxan kimi başqa korpusa apardılar, sonra təcili tibbi yardım maşını gəlib götürdü".

O, hadisə baş verən gün təqsirləndirilən M.Məmmədovu orada görmədiyini qeyd edib: "Bizi mərkəzdə gecə yatanda hər gün mühafizəçi gəlib yoxlayırdı. Özüm mərkəzə, təxminən, 3-4 gün əvvəl psixoloji vəziyyətdə gətirilmişdim".

Təqsirləndirilən M.Məmmədov ona verilən sualları cavablandırarkən qeyd edib ki, hadisədən əvvəl Afət Məmmədova mərkəzdən çıxarılması ilə bağlı heç nə demədiyini bildirib: "Yanğın baş verən zaman hasardan qaçdım".

Məhkəmənin növbəti iclası sentyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.(report.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Narkoloji Mərkəz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com