Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
11:58
`Ən-Nusra` 12 minlik ordu ilə İdlibdə müharibəyə hazırlaşır

İdlibdə tərksilah edilmiş bölgəni tərk etməyən "Heyət Təhrir əş-Şam" (keçmiş adı "ən-Nusra") terror qruplaşması Suriya ordusunun mümkün əməliyyatına qarşı müdafiəsini gücləndirib. Terror qrruplaşması artıq həmlələrə cavab verəcəyini bəyan edib.
 
FaktXəbər BBC-yə istinadən bildirir ki, "Əl-Qaidə" terror təşkilatından ayrılan yaraqlılardan ibarət "Heyət Təhrir əş-Şam"ın nəşr orqanı "İBA" portalı Telegram vasitəilə məlumat verib ki, silahlılar İdlib, Həmanın şimalı və Hələbin cənubunda müqavimət göstərəcək.

Qeyd edək ki, 17 sentyabrda Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə əldə olunmuş razılığa əsasən, Suriya hökuməti və müxalif qüvvələrin nəzarət etdiyi regionlarda silahdan təmizlənmiş bir bölgə yaradılacaq. Türkiyə "Heyət Təhrir əş-Şam"ın tərksilah edilmiş bölgədən İdlibə sıxışdırılmasını, daha sonra həmin bölgədən də çıxarılmasını təmin edəcək.
 
Türkiyə təhlükəsizlik mənbələrinin məlumatına əsasən, hazırda İdlibdə "ən-Nusra"nın 12 min silahlısı var.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İdlib 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 07:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com