Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Fevral

2017
12:02
1931
Ən heyrətamiz ailə FOTOSU: Bir nəslin 500 üzvü şəkil çəkdirdi

FaktXəbər-in verdiyi məlumata görə, Çinin ay təqvimi ilə Yeni il bayramında çəkilə "Ən əzəmətli ailə fotosu" internetdə populyarlıq qazanmaqda davam edir.

Çinin Çjetsən əyalətinin Şençjou şəhərində Şişə  kəndində pilotsuz  təyyarənin  köməyi ilə çəkilən kadrlarda bir nəslin 500 üzvü əks olunub.

Qeyd edək ki, nəslin üzvləri  ölkə boyu yay ılıblar. Onlar Pekin, Şanxay, Sintszyan-Uyğun muxtar rayonu, Tayvan və başqa şəhərlərdə yaşayırlar. Bu dəfə onların toplanmasına səbəb nəsil ağacı ilə bağlı kitabı yeniləməkdir. Onların sözlərinə görə, bunun üçün bizə 2,5 il vaxt lazım olub: "Bahar bayramı  nəslin bütün üzvlərini çağırmaq və öz əslini tanımaq, kimin harada yaşadığını öyrənmək üçün əla fürsət oldu"

Bu il yanvarın 28-nə düşən Bahar bayramıÇinin ən vacib ənənəvi bayramıdır və ailə üzvləri arasında keçirilir.

Təqdim olunan şəkil isə isə internet istifadəçiləri tərəfindən Bahar bayramında "ən heyrətamiz ailə fotosu" adını alıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru