Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

30 İyun

2017
15:15
758
Myanmar hökuməti Rohingiya müsəlmanlarına görə BMT nümayəndələrini ölkəyə qoymur

Myanmar hökuməti BMT İnsan Haqları üzrə xüsusi missiyasının  üzvlərinə Rohingiya müsəlmanlarının məsələləri üçün ölkəyə gəlməyə və bu xalqa qarşı etnik  təmizləmə əməliyyatları faktlarını araşdırmaq üçün Rakhayn  (Arakan) ştatını ziyarət etməyə izn verməyəcək. FaktXəbər-in  TASS-a istinadla məlumatına görə, bu barədə  paytaxt Neypyido şəhərində Myanmarın XİN müavini U Çjo Tin bildirib.

O əlavə edib ki, missiya üzvlərinə viza verilməməsi üçün Myanmanın  bütün dünyadakı səfirliklərinə fərman göndəriləcək.

Qeyd edək ki, Myanmarın  Rakhayn əyalətində rohingiyalardan təmizləmə layihəsi davam edir. Myanma ordusu və təhlükəsizlik qüvvələrinin əməliyyatlarında yüzlərlə günahsız rohingiyalı qadın, uşaq deyilmədən qətlə yetirildi, yüzlərlə qadına təcavüz edildi. Müsəlmanlara məxsus minlərlə ev talan edildi, yandırıldı.

Cari ilin mart ayında  BMT-nin ekspert  komissiyasının rohingiya məsələsi ilə əlaqədar hesabatında bildirilmişdi ki, Rakhayn  ştatında insanlığa qarşı cinayətdən tutmuş etnik təmizləmə əməliyyatına kimi cinayətlər törədilib. 

Məqalədə : Myanma 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 01:54

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru