Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2017
10:43
1204
Myanmarda qəzaya uğrayan təyyarənin 59 sərnişinin cəsədi tapılıb-VİDEO

Andaman dənizində axtarış-xilasetmə əməliyyatları zamanı Myanmar Silahlı Qüvvələrinin  qəzaya uğrayan hərbi nəqliyyat Y-8 təyyarəsinin 59 sərnişinin cəsədi tapılıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Xinxua agentliyi xəbər yayıb. Bildirilir ki, indiyə kimi xilasedicilərə 26 kişi, 23 qadın və 9 uşağın cəsədini sudan çıxarıb, daha bir nəfərin qalıqlarını müəyyənləşdirmək mümkün olmayıb.

Xatırladaq ki, iyunun 7-də Y-8 təyyarəsi Myey şəhərindən Yanqona yola düşmüşdü. Onun qalıqları dənizdə tapılıb. Myanmar Silahlı Qüvvələri bildirir ki, göyərtədə 122 sərnişin olub: 14 heyət üzvü, 108 hərbçi və onların ailə üzvləri. Göyərtədə 15 uşaq olub.

Məqalədə : Myanmar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 10:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com