Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

17 Noyabr

2016
13:53
1834
Myanmarda qətliam davam edir: Məscidi içindəkilərlə birlikdə yandırdılar 18+
Həssas insanlar baxmasın!!!

Myanmarda hökumət qüvvələrilə buddist  dəstələr ölkədə müsəlmanlara  qarşı  vəhşi hücumlarını davam etdirir. Rohingiyalılar  olaraq tanınan  Arakanlı  müsəlmanların yaşadığı  Cihanda, Fulbari və Naribli kəndləri ordu qüvvələrinin hava hücumuna məruz qalıb. Hücum zamanı  Naribilidə olan bir məscid içərisindəkilərlə birlikdə yandı. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə İLKHA xəbər yayıb.

Agentliyin əldə etdiyi görüntülərdə  Rakinili buddistlərin qətlə yetirilən müsəlmanları yerlərdə sürüdüyü görünür.

Müsəlmanların kəndlərdən qaçmasına  izn verməyən  buddistlər  ələ keçirdikləri adamları qadın-kişi demədən dəyənəklərlə döyür.

Fotoların birində kişilərin qruplar şəklində yerdə uzadıldığı, bir buddistin isə əlinə  aldığı uzun dəyənəklə onun dizlərini qırmağa çalışdığı görünür.

Arakanlı müsəlmanların buddistlərdən gördüyü vəhşət bunlarla bitmir. Zülm və təzyiqlərdən qaçmağa çalışan  qadınlar, ələ keçdikdə əvvəl müxtəlif işkəncələrə məruz qalır, sonra isə qadın ticarətində istifadə olunur. Uşaqlar analarının gözləri önündə yandırılır.

Təhsil haqları əllərindən alınan  müsəlmanlar ən çox 4 yaxud 5-cxi sinfə kimi oxuya bilər. Onlara dinlərinin dəyişdirilməsi üçün müxtəlif təzyiqlər göstərilir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 01:52

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru