Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
12:02
Muqtəda Sədr xəbərdarlıq etdi: Müxalifətə keçərəm!

Muqtəda Sədr sosial şəbəkə vasitəsi ilə verdiyi açıqlamada, "İraqın böyükləri ilə və tamamilə İraqa məxsus qərarla baş nazirlik üçün bir neçə texnokrat və müstəqil namizəd məsələsində razılaşdıq. Bu baş nazir kabinetini, partiya, etnik və məzhəb ayrıseçkiliyindən kənar, layiqli, təcrübəli və korrupsiyaya yoluxmayanlardan seçəcək", - deyə bildirib.

FaktXəbər-in məlumatına görə, bəzi siyasətçilərin "texnokrat" və "müstəqil" fikrini rədd etdiyini, bunların İraqı yeni korrupsiya bataqlığına sürükləmək məqsədi daşıdığını söyləyən Sədr, bu şəkildə davam edərlərsə, istiqamət və fikir olaraq müxalifəti seçəcəyini bildirib.

Sədr dünən Nəcəfdəki evində "Haşdi Şabi"nin də yer aldığı "Fəth" koalisiya lideri Hadi Amiri ilə hökumət qurmaq üçün müzakirələr aparıb. Sədrə yaxın mənbələr iki liderin hökumətin sürətli yaradılması məsələsində razılaşdığını bildirib.

Böyük İslam alimi Ayətullah Seyid  Əli Sistani ölkədə keçmiş dövrlərdə hakimiyyətdə olmuş şəxslərin yeni dövr üçün baş nazirliyini dəstəkləməyəcəyini açıqlayıb. Bu açıqlama, ikinci dövr baş nazirin üçün hazırlaşan baş nazir Heydər İbadiyə Nəcəfdən veto gəldiyi şəklində şərh olunmuşdu. Sözügedən açıqlamadan sonra dünən İbadi baş nazirliyə namizəd olmayacağını açıqlayıb.

Система Orphus
Məqalədə : Muqtəda Sədr İraq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 11:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com