Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Yanvar

2017
09:35
1008
Müştəri gözləyən taksi sürücüsünü avtomobil vurdu

Bakıda avtomobil taksi sürücüsünü vuraraq öldürüb.

Hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Teymur Əliyev küçəsində "Mercedes" markalı avtomobil yol kənarında dayanan Cəsarət İsayevi vurub. Zərbə nəticəsində yıxılan C.İsayevin baş nahiyəsi asfalta çırpılıb və ölüb.

Qeyd edək ki, C.İsayev taksi fəaliyyəti ilə məşğul olub. Hadisə zamanı o yol kənarında dayanıb müştəri gözləyirmiş.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hadisəni törədən sürücü saxlanılıb. (Report)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 09:46

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru