Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 Avqust

2017
11:30
494
MTN generalının məhkəməsində mübahisə yaranıb

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə  şahid qismində zərərçəkmiş Mətləb Mustafayevin bacısı İradə Hümbətova ifadə verib.

O, MTN əməkdaşlarının mənzillərində axtarış apardıqlarını, bütün evi dağıtdıqlarını, lakin heç nə tapmadıqlarını deyib.

Mətləb Mustafayev isə deyib ki, həmin axtarış qanunsuz keçirilib. O, Elçin Quliyevi günahlandırıb və onlar arasında mübahisə düşüb. Hakim M. Mustafayevin hərəkətlərinin aktlaşdırılacağını və hüquqi qiymət veriləcəyini deyib.

Proses davam edir.(apa)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru