Tarix:24-12-2016 12:13
MTN işində təqsirləndirilənlərin milyonları açıqlandı
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı
Şərh yaz
Məlumat verildiyi kimi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir.
 
Baş Prokurorluğunun Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, ayrı-ayrı vətəndaşlar və sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə edərək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan istifadə edib çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını əldə etmək məqsədilə xidməti odlu silah tətbiqi, binalara qanunsuz girməklə müşayiət olunan hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınlar təşkil edib nazirliyin inzibati binasına gətirilib ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərinin məhdudlaşdırıb xidməti otaqlarda saxladıb qanunsuz azadlıqdan məhrum etmələrinə şübhələr müəyyən edilmişdir.
 
Bundan başqa, həmin şəxslərin psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini,  5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət  büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən edilmişdir.
 
Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulmuşdur.
 
Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olmuşlar.
 
İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir.
 
Hazırda cinayət işi üzrə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər epizodlarla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
MTN - işində - təqsirləndirilənlərin - milyonları - açıqlandı -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:24-12-2016 12:13 - Oxundu: 1057
Hüquq
24-02-2017 15:06 DTX əməliyyat keçirib, 2 nəfər həbs edilib
24-02-2017 12:43 DİN cinayəti “isti izlərlə” açmağa müyəssər olub
24-02-2017 12:12 Mehman Hüseynovla bağlı iddia icraata götürülüb
23-02-2017 21:56 Məhkəmə Əli İnsanovun vəsatətini təmin etməyib
23-02-2017 20:42 Şeyx Sərdar Hacıhəsənli barəsində 37 gün həbs qətimkan tədbiri seçilib
23-02-2017 14:23 Saakaşvili Ukraynada həbs oluna bilər
23-02-2017 12:23 Vergi ödəyiciləri üçün - YENİ QAYDALAR
23-02-2017 10:25 Avropa Parlamentinin üzvləri barəsində cinayət işi başlanıb
22-02-2017 20:45 Azərbaycanlı İŞİD terrorçusu 10 il müddətinə azadlıqdan məhrum edilib
22-02-2017 20:14 Azərbaycan İnterpola sorğu göndərib
22-02-2017 20:09 Vəkil: "Sərdar Hacıhəsənli barəsində həbs qətimkan tədbiri seçilib"
22-02-2017 16:29 AİP-in sədr əvəzi ruhani Sərdar Hacıhəsənlinin həbsinə etiraz edib
22-02-2017 15:26 Vidadi Zeynalov satmaq istədiyi 12 milyonluq əmlakı hansı pulla alıbmış?
22-02-2017 14:42 Eldar Mahmudovun da dindirilməsi tələb olundu
22-02-2017 13:06 "Aztelekom"un sabiq rəhbəri ilə məhkəmə arasında insident...
22-02-2017 12:03 Ramil Usubov öz oğlunu rəis təyin etdi
21-02-2017 15:13 MTN generalının məcburi müalicəyə göndərilməsi barədə vəsatət verilib
21-02-2017 09:16 Naxçıvanın Konstitusiyasında dəyişikliklər ediləcək
20-02-2017 20:35 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
20-02-2017 14:00 "Kiminsə hətta dünya səviyyəli idmançı olması qanunsuzluğa..."
20-02-2017 11:37 Hakimin oğlunu avtomobillə vurub öldürən şəxsə hökm oxunub
20-02-2017 11:35 Ombudsman Milli Məclisə hesabat verəcək
18-02-2017 10:30 Elşən Mustafaoğlu Apellyasiya Məhkəməsinə müraciət edib
16-02-2017 14:29 Prezident sərəncamının ömürlük məhbuslara şamil olunması xahiş edildi
15-02-2017 14:18 Maşınlar yalnız bu hallarda cərimə meydançasına aparıla bilər - YENİLİK
15-02-2017 12:33 Azərbaycanda hakimlərin aylıq GƏLİRLƏRİ
15-02-2017 10:14 Yeni sərəncama əsasən ölkədə dustaqların sayı kəskin azala bilər...
14-02-2017 16:27 "Rədd olun buradan" - General Mirvətova - FOTO
13-02-2017 16:34 Qulu Məhərrəmli məhkəməni necə uddu?
13-02-2017 13:51 “Nardaran işi” ilə bağlı məhkəmə davam etdirilib
11-02-2017 10:22 Sürücülük vəsiqəsinin verilməsi qaydalarına dəyişikliklər edildi
10-02-2017 12:55 Lapşinin həbs edilməsinə RƏSMİ münasibət
10-02-2017 12:52 Avropa Məhkəməsi aprel döyüşlərinə hüquqi qiymət verəcək
10-02-2017 10:38 Konstitusiya Məhkəməsindən Lapşinlə bağlı - AÇIQLAMA
09-02-2017 22:33 Lapşin Rusiya səfirliyinin əməkdaşları ilə görüşüb
09-02-2017 21:35 İki məhkəmə hakimi vəzifəsindən azad olunub
09-02-2017 15:00 Ədliyyə naziri Ucarda vətəndaşları qəbul edəcək
09-02-2017 12:00 DİN bloger Mehman Hüseynovu məhkəməyə verib
09-02-2017 11:17 Milli Məclisə soyqırım layihəsi barədə qanun təqdim olunacaq
08-02-2017 22:48 Satılan maşın İtaliyada oğurlanıb - DYP oğurluq maşını RƏSMİLƏŞDİRİB - VİDEO
08-02-2017 11:08 Aleksandr Lapşin Kürdəxanı həbsxanasına köçürülüb - RƏSMİ
07-02-2017 15:05 Lənkəran sakini polis tərəfindən döyüldüyünü bildirir - FOTO
07-02-2017 14:42 Belarus Ali Məhkəməsi: Lapşin Azərbaycana veriləcək
07-02-2017 12:56 50 milyonun necə oğurlanmasının detalları açıqlandı
07-02-2017 11:16 Gerb formasında olan möhürlərin yeni istifadə qaydaları təsdiqlənib
07-02-2017 09:43 DİQQƏT! 2018-ci ildən şəxsiyyət vəsiqələrində yenilik...
06-02-2017 16:20 Səlahiyyətli şəxslərin cərimə hesabı artırıldı
06-02-2017 11:04 Hansı elektron xidmətlərdən vergi tutulacaq? – SİYAHI
06-02-2017 09:54 Heydər Əliyevin yubileyinə görə buraxılmış qızıl pulları kim oğurlayıb?
04-02-2017 20:50 Prokurorluq orqanlarının 58 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
04-02-2017 13:06 Alimentlərin alınmasının dərhal icrasına başlanılıb
04-02-2017 10:31 Məhkəmə işlərinin 82 faizi kredit borclarına görədir
04-02-2017 10:06 Parkomata pul verməyənlər cərimələnəcək - RƏSMİ
03-02-2017 14:32 DİN və DTX Qəbələdə birgə əməliyyat keçirib
03-02-2017 14:27 Arvadıyla birgə "İŞİD"ə qoşulan şəxsə - HÖKM OXUNDU
03-02-2017 11:49 "Əli Abbasov gəlməyənə qədər ifadə verməyəcəm"
02-02-2017 21:58 Borcu qurtarsa da, bank evin sənədlərini vermir - VİDEO
02-02-2017 16:10 Natiq Kərimov məhkəmədə özünü təqsirli bilməyib
02-02-2017 15:44 "Nardaran işi": Zülfüqar Mikayılov və Elman Ağayevin məhkəməsi keçirilib
02-02-2017 12:38 NİDA-çı gənclərin şikayəti Avropa Məhkəməsinin icraatına qəbul edilib

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

"Mən Qarabağı ermənilərdən təmizləyəcəkdim, qoymadılar"
24-02-2017 10:04
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
24-02-2017 10:25
Avtomobil ustası özünü maşına bağlayıb yol polisinə etiraz etdi - FOTO
24-02-2017 11:31
Ukraynada oğurlanan deputatın başında torba ilə FOTOLARI paylaşıldı
24-02-2017 10:00
Avropa Parlamentinin deputatından Qarabağ barədə həyasız açıqlama
24-02-2017 10:06
Düşmənin növbəti təxribatının qarşısı alınıb - VİDEO
24-02-2017 11:04
Hindistanda 17 yaşlı yeniyetmə öz dəfnində "dirildi"
24-02-2017 13:57
Hollandiya hava limanında təyyarənin qanadı yerə çırpıldı - VİDEO
24-02-2017 11:14
Masallıda Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdilər - FOTO-VİDEO
24-02-2017 15:18
Azərbaycanda "VAZ-21011"ə "Qazel" yükü vurdular - VİDEO
24-02-2017 11:09
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az