Tarix:30-12-2016 16:47
“MTN işi”: “Maqnit” mağazalar şəbəkəsinin sahibi ifadə verib
Şərh yaz
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə "Maqnit" mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev zərərçəkmiş şəxs qismində istintaqa ifadə verib.
 
O, dindirilərkən bildirib ki, 2015-ci ilin təxminən mart ayının sonunda mobil telefon nömrəsinə zəng gəlib və zəng edən şəxs özünü MTN-nin şöbə rəisi N.Alıyev kimi təqdim edib: "Məni həmin şəxs nazirliyə dəvət etdi. Əvvəllər MTN-lə heç bir münasibətim olmayıb. Lakin 1992-1994-cü illər ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyim zaman oranın rəisi Eldar Mahmudov olduğundan, Akif Çovdarovu və Hilal Əsədovu çox yaxşı tanıyırdım. Təxminən 4-5 gündən sonra Natiq Alıyev mənə yenidən zəng edərək MTN-ə gəlməyimi istədi. Onunla başqa yerdə - MTN-in binasının yanında olan "Sultan" kafesində görüşməyə razılaşdım. O, nazirliyin 4-cü Baş idarəsinin üzərinə ciddi tapşırıqlar qoyulduğunu bildirərk, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müəyyən miqdarda MTN-ə pul verməli olduğunu söylədi. Natiq Alıyevin dedikləri ilə razılaşmadım. Lakin sonradan ondan hansı miqdarda pul verilməli olduğu barədə soruşdum".
 
S.Abdullayevin sözlərinə görə, N.Alıyev onun 500 min manat məbləğində pul verməli olduğunu deyib: "Həmin məbləğlə razlılaşmadım və ona 50 min manat pul təklif etdim. Bundan sonra Natiq Alıyev mənə hədə-qorxu gələrək qaçaqmalçılıq yolu ilə ölkəyə mal gətirdiyimi, 500 min manat məbləğində pul verməli olduğumu, verməyəcəyim təqdirdə problem yaradacağını, mağazalarımı bağlayacağını söylədi. Bu barədə vaxt istədim. Bir qədər sonra Natiq Alıyevə zəng vurub, 250 min manat verəcəyimi bildiridim. O da buna razı oldu və yenidən "Sultan" kafesində görüşdük. Natiq Alıyev əvvəlcə pulu götürməyərək öz rəisi kimi təqdim etdiyi Fizuli Əliyevi çağırdı, 10 dəqiqədən sonra həmin şəxs də kabinetə daxil oldu. Mən hissə-hissə onlara 250 min manat verdim. Bundan başqa, Fizuli Əliyevlə görüşdüyüm zaman o, mənim ətrafımda müəyyən əməliyyat-texniki tədbirlərin keçirilməsi barədə məlumat verdi. Fizuli Əliyev mənə təqdim etdiyi faktlardan sonra başa düşdüm ki, onlar telefon danşıqlarına qulaq asırlar".
 
Zərərçəkmiş ifadəsində qeyd edib ki, hadisədən sonra bir neçə dəfə F.Əliyev ona zəng edərək, aylıq 10-15 min manat istəyib: "Lakin onun təklifi ilə razı olmayaraq, bu barədə telefon vasitəsilə bildirdim".
 
İttiham aktında göstərilib ki, digər şahid qismində "Maqnit" mağazalar şəbəkəsinin baş mühasibi Natalya Rəhimova dindirilib. O, ifadəsində "Maqnit" mağazalar şəbəkəsinə 14 mağaza, anbar və mərkəzi ofis daxil olduğunu vurğulayıb: "Mağazalar şəbəkəsi fiziki şəxs Avdiyev İlqar Bayram oğlunun adına sənədləşdirilib və həmin şəxs rəsmi qaydada verdiyi VÖEN-ə əsasən vergi orqanlarında vergi ödəyicisi kimi qeydə alınıb. Şirkətin baş mühasibi kimi mən hər gün şəbəkəyə daxil olub, mağazaların satış nəticəsində əmələ gələn nağd pul vəsaitlərini qəbul etməklə həmin vəsaitləri müvafiq kassa hesablarına daxil etdirirəm. Şirkət İlqar Avdiyevin adına sənədləşdirilməsinə baxmayaraq, mağazalar şəbəkəsinin faktiki sahibi Abdullayev Seymur Azad oğludur".
 
N.Rəhimova S.Abdullayevə onun göstərişi əsasında kassadan əvvəl 100 min, daha sonra 150 min manat verdiyini deyib: "Pul alınmasına dair tərəfimdən müvafıq kassa məxaric orderi tərtib edilib. 2015-ci ildə şirkətə məxsus 9 mağaza bağlanıb".
 
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.
 
İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.(report)
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
“MTN - işi”: - “Maqnit” - mağazalar - şəbəkəsinin - sahibi - ifadə - verib -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:30-12-2016 16:47 - Oxundu: 417
Hüquq
29-04-2017 13:55 MTN əməkdaşı özünü qarajda asıb - "MTN işi"
29-04-2017 13:36 Elçin Quliyevin cinayət işində keçmiş MTN-in qadın generalı ifadə verib
28-04-2017 14:17 "Rabitə işi" üzrə təqsirləndirilən şəxslər dəymiş ziyanı ödəyiblər
27-04-2017 16:18 Əfv Məsələləri Komissiyası açıqlama yayıb
27-04-2017 15:45 Milli Şura mitinq keçirməyə təkcə "Məhsul" stadionunu istəmir
27-04-2017 15:14 Yol Polisindən Yol-Patrul Xidmətinin qəzası ilə bağlı AÇIQLAMA
27-04-2017 11:44 Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yeni rəis müavini təyin edilib
26-04-2017 21:38 Ölkədə bu saytlara giriş qadağan olunur
26-04-2017 17:13 Ukrayna prokurorluğu 17 Azərbaycan şirkəti və təşkilatı barədə istintaq başlatdı
26-04-2017 16:42 Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edildi
26-04-2017 15:24 Azərbaycanda cehiz puluna məhkəmənin ağır cəzası - 9 il
26-04-2017 12:33 Bakıya yeni prokuror təyin olunub
26-04-2017 12:08 Yeni Ombudsman üç namizəddən biri olacaq
25-04-2017 15:37 Tanınmış polis polkovniki vəzifəsindən azad edildi
25-04-2017 15:16 Zərərçəkmiş: MTN əməkdaşlarına 450 min manat verdim
25-04-2017 14:43 Prezident Adminstrasiyası ləğv edilir? - Yeni layihə təqdim olundu
25-04-2017 14:12 Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa olunur
25-04-2017 10:29 DTX-ya yeni səlahiyyət verilib
25-04-2017 09:54 "Qapını döymədən" evə girənlər 2000 manat cərimə olunacaq
24-04-2017 16:58 Qanunsuz miqrasiya təşkil edənlərin cəzası ağırlaşdırılır
24-04-2017 15:51 Tovuzdakı müəmmalı qətl istintaqçıları çətin duruma salıb
24-04-2017 11:22 "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilir
22-04-2017 21:38 Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə köçürülüb
22-04-2017 15:00 Mehman Hüseynov həbsxanaya köçürüldü
22-04-2017 12:40 "Azəriqaz" "Azəristiliktəchizatı" məhkəməyə verdi - Borca görə
22-04-2017 12:06 Türkiyədə hakim rüşvət aldığı üçün həbs edildi
20-04-2017 21:38 Mehman Hüseynov əməliyyat olunacaq
20-04-2017 20:35 Azərbaycanda oğurluq cinayətinə görə cərimələr artırılır
20-04-2017 18:14 Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
19-04-2017 15:50 Bloger Mehman Hüseynovun həbsxanaya köçürülməsi gözlənilir
19-04-2017 15:33 Apellyasiya Məhkəməsi "Azərsu" barədə qərar çıxardı: CAVAB VER!
19-04-2017 15:19 Rüşvətdən uzaq durun - Cərimə və cəza dəyişdirilir
19-04-2017 15:07 Əli Kərimlini istintaqa çağırıblar
19-04-2017 14:31 Vəkil: Şeyx Sərdarın həbs müddəti bir daha uzadıldı
19-04-2017 14:18 Prokuror Yunusların məhkəməyə gəlmələrini tələb etdi
19-04-2017 11:34 Seçki prosesinə mane olmaya görə cərimələr artırılır
19-04-2017 10:59 Böhtan atmağınız sizə çox baha başa gələ bilər: Cərimə artırıldı
18-04-2017 20:12 Cinayətə görə cərimənin maksimum həddi iki dəfə artırılır
18-04-2017 17:26 Penitensiar xidmətdə kadr dəyişikliyi olub
18-04-2017 17:15 Bakıda 6 nəfərin qatilinə cəmi 10 il verdilər
18-04-2017 09:44 AXCP sədrinin köməkçisinə qarşı yeni ittiham irəli sürülüb
17-04-2017 21:10 Lapşin təcridxananın tibb məntəqəsinə köçürüldü
17-04-2017 11:39 12 rayonun ərazilərinin bələdiyyə xəritələri hazırlanır
15-04-2017 12:56 QMİ-nin sektor müdiri Elşən Mustafaoğlu haqda qərar verildi
14-04-2017 10:49 Akif Çovdarovun məhkəmə görüntüsü yayılıb - FOTO
13-04-2017 21:58 Nazir: "Azərbaycan Prezidenti tərəfindən 3 800-dən çox məhkum əfv edilib
13-04-2017 21:12 Azərbaycanda bir neçə hakim İŞDƏN ÇIXARILDI
13-04-2017 14:36 Avropa Məhkəməsindən Elmar Hüseynovun qətli ilə bağlı qərar
13-04-2017 11:50 FETÖ işi ilə əlaqədar AXCP üzvünün məhkəməsi başlayıb
12-04-2017 21:14 Əli İnsanov məhkəmədə ifadə verib
12-04-2017 10:51 Siqarətdən sonra sulu qəlyanın da qadağan edilməsi tələb olundu
12-04-2017 10:44 Braziliyada 9 nazir və 71 deputat barəsində istintaq açıldı
12-04-2017 10:04 Baş prokuror Beyləqanda vətəndaş qəbulu keçirəcək
11-04-2017 15:48 "Azərsu" və İdman Nazirliyində yeyinti - RƏSMİ AÇIQLAMA
11-04-2017 15:29 Moldovada 19 dövlət məmuru həbs edildi
11-04-2017 14:52 Zərərçəkmiş: "MTN əməkdaşları məndən külli miqdarda pul istədilər"
11-04-2017 14:06 Azərbaycanda siqaretdən istifadənin qadağan olunacağı yerlərin SİYAHISI
11-04-2017 12:59 Sosial mənzilin alınması üçün aylıq ödəniş açıqlandı - 300 manat
11-04-2017 10:40 Rusiyalı milyarder muxalifət lideri Navalnını məhkəmə verəcək
11-04-2017 10:22 Azərbaycanda "milliyət" anlayışı "etnik mənsubiyyətlə" əvəz olunacaq

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az