Tarix:30-12-2016 11:39
MTN generalı Sübahir Qurbanovun ibtidai istintaqa ifadəsi məlum olub
Şərh yaz
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun istintaq zamanı verdiyi ifadə məlum olub.
 
S. Qurbanov ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib. Lakin bəzi cinayət əməllərinin faktiki tərəfini və xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını etiraf edərək göstərib ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların çağırılması, həmin şəxslərin qəbulu üçün nəzərdə tutulmuş otaqlara buraxılması və orada saxlanılmasına dair icazə bir qayda olaraq onun tərəfindən verilib.
 
O bildirib ki, axşam və gecə saatlarında vətəndaşların dəvət edilməsi və gətizdirilməsi barədə göstəriş verdiyini xatırlamır. Hər hansı şəxsin telefon nömrəsi ətrafında texniki əməliyyatın həyata keçirilməsi lazım olduqda o, icraatda olan materiallarla və ona təqdim edilən dinlənməyə dair tapşırıqla tanış olub, bir qayda olaraq icraçı həmin tapşırığı tərtib etdiyi zaman obyekt barədə lazım olan məlumatları daxil etməli olub. 4-cü Baş idarəsinin sabiq rəis müavini Fizuli Əliyev hər hansı şəxsin ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair özü qərar qəbul edə bilməzdi, əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair ona məlumat verilməli idi, həyata keçirilməli əməliyyat tədbirləri barədə arayışlarda da qeydlər olmalı idi.
 
Konkret suallar üzrə dindirilərkən Sübahir Qurbanov bir neçə sahibkardan hədə-qorxu yolu ilə külli miqdarda pul almasına dair ittihamları qəbul etməyib, həmin sahibkarları tanımadığını deyib.
 
Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən hər ay rüşvət alması epizodu üzrə Sübahir Qurbanov istintaqa verdiyi ifadələrində bildirib ki, həmin Nazirlikdən ona heç vaxt hər hansı formada pul verilməyib. Vidadi Zeynalovun onun barəsində dediklərinin yalan olduğunu, sonuncu onun uzaq qohumu olduğu üçün ondan ad günü və toylar üçün hədiyyələr tapmasını xahiş etdiyini, sürücüsü Ramil Əliyevi onun yanına göndərib hədiyyələri aldığını, sonradan özü hədiyyələrin pullarını Vidadi Zeynalova verdiyini, heç vaxt və hər hansı şəxsdən hər hansı formada rüşvət qəbul etmədiyini göstərib.
 
2015-ci ilin aprel ayında «Araz» MMC-nin sahibi Saleh Səmədovun ətrafında qanunsuz olaraq əməliyyat tədbirinin keçirilməsi, MMC-nin digər əməkdaşlarının tutulması, qanunsuz olaraq nəzarət-buraxılış məntəqəsinə gətirilməklə orada saxlanılması, Saleh Səmədovun və onunla kommersiya əlaqələrində olan Mais Məhərrəmovun telefon nömrələri üzrə əməliyyat-texniki tədbirlərin keçirilməsi, həmçinin, Saleh Səmədovdan Fizuli Əliyev və Natiq Alıyev tərəfindən külli miqdarda pulun alınması barədə Sübahir Qurbanov göstərib ki, əməliyyat-texniki tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar  tərəfindən imzalansa da, həmin şəxslərə qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı heç bir göstəriş verməyib. Ona ancaq belə tədbirlərlə bağlı tapşırıqları imzalamaq üçün müavini gətirib və belə tədbirin keçirilməsinin zəruriliyini məruzə edib.
 
2014-cü ilin dekabr ayında “Zaminbank” ASC-nin Səbail filialının müdiri Hüseynov Rauf Mais oğlunun külli miqdarda pul vəsaitini hədə-qorxu gəlməklə ələ keçirmək məqsədi ilə heç bir qanuni əsas olmadan tapşırıqları ilə MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev və həmin mərkəzin sabiq baş mütəxəssisi Fərhad Atayev tərəfindən onun qanunsuz dinlənilməsinin təşkil edilməsi, 2015-ci ilin may ayında dəstə üzvü Fizuli Əliyev vasitəsilə verdiyi göstəriş əsasında dəstə üzvü Natiq Alıyev Rauf Hüseynovu MTN-nə çağıraraq Zaur Məmmədovla birlikdə sonuncunu gizli şəkildə xaricə pul köçürməkdə ittiham edib hədə-qorxu gələrək 100.000 manat pulunu tələb etmələri, zərər çəkmiş şəxsin 7 saat MTN-in vətəndaşların qəbulu otaqları olan binada saxlamaqla qanunsuz azadlıqdan məhrum edilməsi faktları üzrə Sübahir Qurbanov eyni ilə inkaredici ifadələr verib.
 
Sübahir Qurbanov özünü müdafiə xarakterli ifadələrini davam etdirərək uzun müddət ərzində bank sektorunda çalışmış Azad İbadovun telefon nömrəsi üzrə 2015-ci ilin avqust ayında qanunsuz əməliyyat-texniki tədbirinin keçirilməsi, həmin şəxsin və onunla əlaqə saxlamış Arif Nəcəfovun qanunsuz olaraq MTN-ə gətirdilməsi ilə əlaqədar göstərib ki, bunlardan məlumatı yoxdur. Əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqların tərəfindən imzalanmasını isə zəruri olması barədə məruzələr əsasında imzalayıb. Bütün qeyd olunan əməliyyat-tədbirlərin nəticəsi barədə arayışlar hazırlanıb. Lakin o, hazırda göstərilən bütün faktları xatırlamadığı üçün onların nəticəsi barədə də heç nə deyə bilməyəcəyini bildirib.
 
«Met-Ak» MMC-nin təsisçisi Alik Kərimovdan dəstə üzvləri tərəfindən külli miqdarda hədə-qorxu gəlməklə külli miqdarda pul tələb edib ələ keçirmək məqsədilə dəfələrlə həmin şəxsə və oğluna zəng edilməsi, Aydın Kərimovun saxlanılıb azadlığını və hərəkət sərbəstliyini məhdudlaşdırmaqla MTN-in nəzarət buraxılış məntəqəsinə gətirib saxlanılması barədə Sübahir Qurbanov özünün müdafiəsinə yönəldilmiş ifadələrini davam etdirərək bu faktları xatırlamadığını bildirib.
 
Həmçinin, Sübahir Qurbanov aldığı rüşvətləri inkar edərək göstərib ki, Moskva Dövlət Açıq Universitetinin Bakıdakı filialının prorektoru Ramazan Hüseynov adlı şəxsi tanımır və xatırlaya bilmir. Ramazan Hüseynovdan 340.000 manat rüşvət almağı barədə göstərilənlər həqiqətə uyğun deyil.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
MTN - Sübahir_Qurbanov - istintaq -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:30-12-2016 11:39 - Oxundu: 291
Hüquq
29-04-2017 13:55 MTN əməkdaşı özünü qarajda asıb - "MTN işi"
29-04-2017 13:36 Elçin Quliyevin cinayət işində keçmiş MTN-in qadın generalı ifadə verib
28-04-2017 14:17 "Rabitə işi" üzrə təqsirləndirilən şəxslər dəymiş ziyanı ödəyiblər
27-04-2017 16:18 Əfv Məsələləri Komissiyası açıqlama yayıb
27-04-2017 15:45 Milli Şura mitinq keçirməyə təkcə "Məhsul" stadionunu istəmir
27-04-2017 15:14 Yol Polisindən Yol-Patrul Xidmətinin qəzası ilə bağlı AÇIQLAMA
27-04-2017 11:44 Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yeni rəis müavini təyin edilib
26-04-2017 21:38 Ölkədə bu saytlara giriş qadağan olunur
26-04-2017 17:13 Ukrayna prokurorluğu 17 Azərbaycan şirkəti və təşkilatı barədə istintaq başlatdı
26-04-2017 16:42 Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edildi
26-04-2017 15:24 Azərbaycanda cehiz puluna məhkəmənin ağır cəzası - 9 il
26-04-2017 12:33 Bakıya yeni prokuror təyin olunub
26-04-2017 12:08 Yeni Ombudsman üç namizəddən biri olacaq
25-04-2017 15:37 Tanınmış polis polkovniki vəzifəsindən azad edildi
25-04-2017 15:16 Zərərçəkmiş: MTN əməkdaşlarına 450 min manat verdim
25-04-2017 14:43 Prezident Adminstrasiyası ləğv edilir? - Yeni layihə təqdim olundu
25-04-2017 14:12 Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa olunur
25-04-2017 10:29 DTX-ya yeni səlahiyyət verilib
25-04-2017 09:54 "Qapını döymədən" evə girənlər 2000 manat cərimə olunacaq
24-04-2017 16:58 Qanunsuz miqrasiya təşkil edənlərin cəzası ağırlaşdırılır
24-04-2017 15:51 Tovuzdakı müəmmalı qətl istintaqçıları çətin duruma salıb
24-04-2017 11:22 "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilir
22-04-2017 21:38 Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə köçürülüb
22-04-2017 15:00 Mehman Hüseynov həbsxanaya köçürüldü
22-04-2017 12:40 "Azəriqaz" "Azəristiliktəchizatı" məhkəməyə verdi - Borca görə
22-04-2017 12:06 Türkiyədə hakim rüşvət aldığı üçün həbs edildi
20-04-2017 21:38 Mehman Hüseynov əməliyyat olunacaq
20-04-2017 20:35 Azərbaycanda oğurluq cinayətinə görə cərimələr artırılır
20-04-2017 18:14 Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
19-04-2017 15:50 Bloger Mehman Hüseynovun həbsxanaya köçürülməsi gözlənilir
19-04-2017 15:33 Apellyasiya Məhkəməsi "Azərsu" barədə qərar çıxardı: CAVAB VER!
19-04-2017 15:19 Rüşvətdən uzaq durun - Cərimə və cəza dəyişdirilir
19-04-2017 15:07 Əli Kərimlini istintaqa çağırıblar
19-04-2017 14:31 Vəkil: Şeyx Sərdarın həbs müddəti bir daha uzadıldı
19-04-2017 14:18 Prokuror Yunusların məhkəməyə gəlmələrini tələb etdi
19-04-2017 11:34 Seçki prosesinə mane olmaya görə cərimələr artırılır
19-04-2017 10:59 Böhtan atmağınız sizə çox baha başa gələ bilər: Cərimə artırıldı
18-04-2017 20:12 Cinayətə görə cərimənin maksimum həddi iki dəfə artırılır
18-04-2017 17:26 Penitensiar xidmətdə kadr dəyişikliyi olub
18-04-2017 17:15 Bakıda 6 nəfərin qatilinə cəmi 10 il verdilər
18-04-2017 09:44 AXCP sədrinin köməkçisinə qarşı yeni ittiham irəli sürülüb
17-04-2017 21:10 Lapşin təcridxananın tibb məntəqəsinə köçürüldü
17-04-2017 11:39 12 rayonun ərazilərinin bələdiyyə xəritələri hazırlanır
15-04-2017 12:56 QMİ-nin sektor müdiri Elşən Mustafaoğlu haqda qərar verildi
14-04-2017 10:49 Akif Çovdarovun məhkəmə görüntüsü yayılıb - FOTO
13-04-2017 21:58 Nazir: "Azərbaycan Prezidenti tərəfindən 3 800-dən çox məhkum əfv edilib
13-04-2017 21:12 Azərbaycanda bir neçə hakim İŞDƏN ÇIXARILDI
13-04-2017 14:36 Avropa Məhkəməsindən Elmar Hüseynovun qətli ilə bağlı qərar
13-04-2017 11:50 FETÖ işi ilə əlaqədar AXCP üzvünün məhkəməsi başlayıb
12-04-2017 21:14 Əli İnsanov məhkəmədə ifadə verib
12-04-2017 10:51 Siqarətdən sonra sulu qəlyanın da qadağan edilməsi tələb olundu
12-04-2017 10:44 Braziliyada 9 nazir və 71 deputat barəsində istintaq açıldı
12-04-2017 10:04 Baş prokuror Beyləqanda vətəndaş qəbulu keçirəcək
11-04-2017 15:48 "Azərsu" və İdman Nazirliyində yeyinti - RƏSMİ AÇIQLAMA
11-04-2017 15:29 Moldovada 19 dövlət məmuru həbs edildi
11-04-2017 14:52 Zərərçəkmiş: "MTN əməkdaşları məndən külli miqdarda pul istədilər"
11-04-2017 14:06 Azərbaycanda siqaretdən istifadənin qadağan olunacağı yerlərin SİYAHISI
11-04-2017 12:59 Sosial mənzilin alınması üçün aylıq ödəniş açıqlandı - 300 manat
11-04-2017 10:40 Rusiyalı milyarder muxalifət lideri Navalnını məhkəmə verəcək
11-04-2017 10:22 Azərbaycanda "milliyət" anlayışı "etnik mənsubiyyətlə" əvəz olunacaq

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az