Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Yanvar

2017
11:23
658
Mətbuat Şurası: Hələ həbs olunmayan “reket jurnalistlər” var

Bir müddət əvvəl jurnalistika sahəsində təhqir, böhtan, şantaj, hədə-qorxu ilə pul tələb etməklə məşğul olan 3-4 “reket” həbs olundub. Çoxları bu həbslərin davam edəcəyini gözlədiyi halda, “reket jurnalistlər”in “ovuna” ara verildi. Bəs hazırda həbs olunmayan “reket jurnalistlər” varmı?

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə mövzu ilə bağlı danışıb.

Vüqar Rəhimzadə hələ də həbs olunmayan “reket jurnalistlər”in olduğunu bildirib.

“Mətbuat Şurası bu prosesləri müntənzəm şəkildə araşdırır. Ötən həftə Şikayətlər Komissiyasının iclası oldu. Təxminən 10-a yaxın saytla bağlı bizim komissiyanın araşdırması var. Xüsusilə də elektron media orqanlarında  insanların şərəf və ləyaqətini alçaldan, şantaj xarakterli, şəxsi məqsədlər daşıyan və peşə davranış qaydalarını pozan hallara daha çox rast gəlinir. Çap media orqanlarında da belə hallar qalır. Növbəti toplantı zamanı bunlar rəsmən təsdiq olunacaq”.

 

Komissiya sədri bildirib ki, bəzi qəzetlər şantajla məşğul olmaq üçün yaradılıb.

“Araşdırılmalar tam başa çatdıqdan sonra həmin qəzetlər barədə məlumatlar veriləcək. Həmin qəzetlər ictimai fikrə təsiri olmayanlardır. Bu qəzetlərin əksəriyyəti gündəlik nəşr olunmur. Çox az tirajla nəşr olunur. Bunların məqsədi kimlərisə nüfuzdan salmaqdır. Bütün bunlarla bağlı biz müəyyən qərarlar veririk. Həmin media orqanlarının adları “qara siyahı”ya salınıb. Hüquqi müstəvidə də bunlar barədə şikayət edənlər var”. (Modern.az)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru