Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Sentyabr

2017
15:11
1181
Müsəlmanların qatili olan Nobel sülh mükafatçısı BMT-yə getməyəcək

Uzun zamandır arakanlı müsəlmanlara zülm edən Myanmar hökuməti ölkə lideri Suu Çiinin BMT Baş Assambleyasına qatılmayacağını açıqlayıb.

FaktXəbər-in məlumatına görə, bu barədə mediaya Myanmar XİN rəhbəri Aunq San bildirib. 

Suu Çiinin sözçüsü Kyau Zeya yerli mətbuata açıqlamasında 12 sentyabrda keçiriləcək BMT 72-ci Baş Assambleyanın açılış iclasına Myanmar adından dövlət başçısının müavini Henri Van Thionun qatılacağını bildirib.

Xatırladaq ki, Suu Çii son dövrdə Arakan əyalətində müsəlman əhaliyə qarşı zorakılıq hərəkətlərinə görə tənqid olunur.

Regionda baş verən humanitar böhrana biganə qalan Myanmar liderinin 1991-ci ildə qazandığı Nobel Sülh Mükafatını qaytarması və ya Nobel Komitəsinin mükafatı Çiidən geri alması çağırışları səsləndirilir.

Myanmar ordusunun və buddistlərin Arakanda yaşayan müsəlmanlara qarşı təcavüzləri nəticəsində 25 avqustdan bu yana minlərlə dins sakin öldürülüb. Myanmar rəhbərliyinin bölgəyə giriş-çıxışlara icazə verməməsi üzündən ölən vətəndaşların dəqiq sayı bilinmir. 

Hücumlarda 150-dən çox kənd ordu və buddistlər tərəfindən yandırılıb. On minlərlə müsəlman təhlükəsizlik məqsədi ilə hələ də regiondan uzaqlaşmağa çalışır. Birləşmiş Millətlər təşkilatı Myanmardakı hadisələrindən qaçıb Banqladeşə sığınan arakanlı müsəlmanların sayının 370 minə çatdığını bildirir.

Məqalədə : Myanmar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru