Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2019
15:20
124
MSK siyasi partiyalarla bağlı nazirliyə müraciət edəcək

Mərkəzi Seçki Komissiyası (MSK) 2018-ci il üzrə maliyyə hesabatı verməyən 6 siyasi partiya ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcək.

Bu barədə MSK-nın katibi Mikayıl Rəhimov məlumat verib.

O bildirib ki, bu il 45 siyasi partiya MSK-ya hesabat verib: “Hesabat verməyən 10 siyasi partiyanın 6-sının sədri dünyasını dəyişib, partiya sədrlərini əvəz edən vəzifəli şəxs də yoxdur. Bu partiyaların fəaliyyətində hərəkətlilik olmadığına görə nazirliyə müraciət edəcəyik. Amma hazırda proses yekunlaşmayıb”.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. MSK indiyədək maliyyə hesabatı verməyən heç bir partiya ilə bağlı nazirliyə məlumat verməyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : MSK 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 04:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru