Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 Yanvar

2017
20:25
1357
Məscidi Əqsada iki ildə 97 nəfər müsəlman olub

FaktXəbər-in məlumatına görə, Fələstinin paytaxtı Qüdsdə yerləşən Ali İslam Heyətinin rəhbəri və Məscidi Əqsa imamı Şeyx İkrimə Sabri verdiyi yazılı açıqlamada, 17 Qərb ölkəsindən Məscidi Əqsa ziyarəti üçün Qüdsə gələn turistlərdən 2015-2016-ci illərdə 97 nəfərin müsəlman olduğunu söyləyib.

Müsəlman olanların çoxunun ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və Finlandiya vətəndaşlarından ibarət olduğuna diqqəti çəkən Şeyx Sabri, "İslam ədalət və tolerantlıq dini olduğu kimi bütün səmavi dinləri də əhatə edir. Müsəlmanlar da istisnasız şəkildə bütün peyğəmbərlərə inanırlar. Müsəlman olanlar öz istəkləri ilə İslamı seçirlər. Çünki Allah-təala, "dində məcburiyyət yoxdur" buyurur", - deyib.

Şeyx Sabri açıqlamasının sonunda da Qüds Ali İslam Heyətinin müsəlman olmaq istəyənlərə yardım etdiklərini vurğulayıb.

Qeyd edək ki, Şərqi Qüdsdə yerləşən Məscidi Əqsaya hər il dünyanın müxtəlif ölkələrindən yüz minlərlə ziyarətçi gəlir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru