Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 Mart

2017
10:42
939
Mərkəzi Bank: FED-in qərarı dolayısı ilə bizə təsir edə bilər

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün başa çatan ikigünlük iclasında uçot dərəcəsini artıraraq 1%-ə çatdırması ilə bağlı qərarı Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinə birbaşa təsir etməyəcək. Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında AMB-nin Tədqiqat və inkişaf mərkəzinin maliyyə sektoru və bazarlarının təhlili üzrə şöbəsinin müdiri Leyla Yusifzadə deyib.

"Ola bilər ki, FED-in qərarının dolayısı ilə bizə təsirləri olsun. Amma bu təzyiqlər psixoloji təzyiqlər şəklində olacaq. Əgər neftin qiyməti nəzərəçarpacaq dərəcədə dəyişəcəyi halda monetar siyasət dəyişə bilər. Neft qiymətlərinin cüzi dəyişməsi fiskal siyasətə və eyni zamanda Dövlət Neft Fondunun xərclərinə təsir etməyəcək. Amma mən düşünmürəm ki, FED-in dünənki qərarının təsiri olmayacaq", - deyə o bildirib. (APA)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 15:12

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru