Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

24 Noyabr

2016
16:14
1137
Ümrə ziyarətinə səfərlərin tarixi bəlli oldu

"Zəvvarların Ümrə (kiçik Həcc) ziyarətinə getməsi Səudiyyə Ərəbistanının Azərbayandakı səfirliyinin viza təqdim etməsindən sonra mümkün olacaq".

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev “Report”a bildirib ki, Ümrə ziyarətinə getmək üçün kifayət qədər insan müraciət edib: "Sənədlərini təqdim edən şəxslərə viza almaq üçün Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyinə müraciət olunub. Vizalar dekabrın 10-dan sonra veriləcək. Vizalar verilən kimi Ümrə ziyarəti də başlayacaq. Amma bu il ikinci dəfə gedənlərdən Səudiyyə Ərəbistanı tərəfindən əlavə olaraq 530 dollar rüsum alınacaq".

H.Babayevin sözlərinə görə, kimin ikinci dəfə ziyarətə getdiyi səfirliyin sənədləri geri verdiyi zaman məlum olacaq.

QMİ rəsmisi qeyd edib ki, ötən il Ümrə ziyarətinin qiyməti 1800-2500 dollar arasında olub. Bu il isə 2200-2800 dollar nəzərdə tutulub, amma tam dəqiqləşdirilməyib.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com