Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

12 Sentyabr

2017
11:22
691
İmperialistlərin çirkli planı: ABŞ hər böhranda 20-25 milyard dollar qazanır

FaktXəbər-in məlumatına görə, dünya ölkələrində baş verən böhranlar silah ticarəti ilə məşğul olan ölkələr üçün "hədiyyə" rolunu oynayır. Belə ki, münaqişə ocaqlarının artması imperialist qüvvələrin daha çox silah satmasına səbəb olur. 

"Politics" qəzetinin köşə yazarı Miroslav Lazanski yeni qələmə aldığı yazıda qeyd edib ki, ABŞ hər böhranda 20-25 milyard dollar qazanır. Dünyaya müharibə, böhran və yoxsulluq yayan Birləşmiş Ştatlar, atdığı bütün bu addımları bir tərəfdən də pula çevirməyi bacarır.

Son olaraq Koreya Xalq Demokratik Respublikasını (KXDR) hədəf alan ABŞ bu böhranı də özü üçün bir fürsətə çevirməyə çalışır. Cənubi Koreya və Yaponiyaya külli miqdarda silah satmaq üçün müqavilələr təklif edən ABŞ-ın addımlarını dəyərləndirən Miroslav Lazanski, dünyada hər hansı bir böhranın böyük ölkələrin silah sənayesi üçün bir "hədiyyə" rolu oynadığını vurğulayıb.

Tehran ilə Ər-Riyad arasında gərginliyin ABŞ-a 65 milyard dollar qazandırdığını xatırladan Lazanski, fikirlərinə belə davam edib: "Bu, Səudiyyə Ərəbistanının sifariş verdiyi rəqəmdir. Digər tərəfdən ABŞ-ın səhvə yol verdiyi vaxtlar da olub. Birləşmiş Ştatlar milyardlarla dollar və çox sayda əsgər itirib. Vyetnam və Əfqanıstanda belə olub. Trilyonlarla dollar xərclədilər, ancaq müharibələr heç bir işə yaramadı. Ancaq İraqa hücum ölkənin qismən Buş ailəsinin neft stansiyasına çevirdi. Xərclənən hər ABŞ gülləsi, raketi və ya benzinin litrinə görə İraqdan nəsə alındı. Liviyadakı müharibə də Vaşinqtona 250 milyard dollarlıq dövlət fondunu qazandırdı".

Məqalədə : ABŞ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru