Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2019
12:54
299
Mossad rəhbərinin Səudiyyə Ərəbistanına gizli səfəri üzə çıxıb

İsrailin xarici kəşfiyyat orqanı olan Mossadın keçmiş rəhbəri Tamir Pardo vəzifədə olduğu 2014-ci ildə gizlicə Səudiyyə Ərəbistanına səfər edib. FaktXəbər bildirir ki, bu barədə "Kanal 13" televiziyası məlumat yayıb.
 
Məlumata görə, 2011-2016-cı illərdə Mossada rəhbərlik etmiş Tamir Pardo Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda olarkən Səudiyyə rəhbərliyi ilə İranın bölgədə nüfuzunu aşağı salmaq və İslam Respublikasına qarşı mümkün həmlələri müzakirə edib.
 
Bundan əlavə İsrailin baş naziri Binyamin Netanyahu da 2014-ci ilin sentyabr ayında Səudiyyə Ərəbistanının o vaxt Milli Təhlükəsizlik Şurasının sədri olan şahzadə Bəndər bin Sultanla adı açıqlanmayan ölkədə görüş keçirib.
 
İsrail və Səudiyyə Ərəbistanı rəsmiləri bəhs edilən səfərlərə münasibət bildirməyiblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mossad 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 03:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com