Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 İyun

2017
11:38
530
Moskvada səmada görünən “odlu şar” sakinləri qorxuya salıb: Zərərçəkən var - VİDEO

Moskva ətrafında göydən böyük yanan obyektin düşdüyü görünüb. FaktXeber.com-un Rosiyskiy Dialoq-a istinadla məlumatına görə, odlu şarın görüntüləri yoldan ötən avtomobilin qeydiyyat kamerası tərəfindən görüntülənib. 

Parlaq işıqlı xətti görən şahidlər dərhal polisə və FHN-ə bu barədə məlumat veriblər.

Bildirilir ki, meteorabənzər obyektin düşməsinə görə zərərçəkənlər var. Belə ki, yerli sakinlərdən biri iti ilə gəzərkən göydə parlaq obyekt gördüyünü, az sonra  partlayış səsini eşitdiyini və arxadan zərbə hiss edərək huşunu itirdiyini bildirib. Başqa zərərçəkeənlərin də ola iləcəyi ehtimal edilir.

İlkin məlumatlara görə, oybektin mənşəyini müəyyənləşdirmək üçün  xüsusi kimyəvi analiz keçirilməlidir. Obyektin düşdüyü yer hələ ki, müəyyənləşməyib. 

Məqalədə : meteorit 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru