Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 Oktyabr

2016
14:32
852
Moskvada İslam Mərkəzinin tikilməsi üçün müraciət olunub

FaktXəbər-in verdiyi məlumata görə, Moskva və Rusiya Mərkəzi Regionunun  müftisi, İctimai Palatanın üzvü Albir Krqanov paytaxtda  məscidlə birlikdə İslam Kompleksinin  tikilməsi barədə müraciət edib.

Həqiqətən, bizim çoxmillətli və çoxdinli ölkəmizin paytaxtında  İslam  kompleksinin inşaasına ehtiyac var. Bununla bağlı  biz mütəmadi olaraq Moskva hökumət orqanları ilə müzakirələr aparırıq. Bundan başqa paytaxt meri  Serqey Sobyaninə də müraciət etmişik. Ehtimal edirik ki, şəhərdə növbəti məscid bizim yurisdiksiyamızda olacaq, - deyə müfti bildirib.

O, əlavə edib ki, müsbət cavab alacaqları təqdirdə Moskvala  rus müsəlmanların mövqelərinin  möhkəmlənməsinə xidmət edəcək mərkəzin maksimum məqbul vaxta tikilməsinə çalışılacaq.

Albir Krqanovun sözlərinə görə, kompleksə  təhsil və uşaq mərkəzləri, qadınların görüş mərkəhi, çoxfunksiyalı zal, İslam oteli və 2,5 min maşın üçün yer nəzərdə tutulub.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru