Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Oktyabr

2016
15:44
994
Moskvada Məzhəblərin Yaxınlaşması üzrə İlk Ümumdünya Forum başlayıb
Tədbirdə əsasən Qroznıda qəbul olunan əsl müsəlmanlar barədə fətva müzakirə olunacaq

Bu gündən Moskvada Məzhəblərin  yaxınlaşması üzrə  İlk Ümumdünya  Forum başlayıb. Oktyabrın 20-nə kimi davam edəcək tədbirdə  əsasən Qroznıda qəbul olunan  əsl müsəlmanlar barədə  fətva müzakirə olunacaq. FaktXəbər-in RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə  Rusiyada Müsəlmanların Ruhani İdarəsi xəbər yayıb.

«Hicrətin ilk əsrindən etibarən biz müsəlmanlar arasında artan çəkişmələri görürük, hansı ki, son nəticədə bir qrpu müsəlman digər qruppu ümumiyyətlə saymır. Avropanı sivilizasiyasının XVIII-XX əsrlərdə müsəlmanlara çağırışına layiqli cavab tapmamasının səbəblərindən biri İslam dünyasında çəkişmələrdir. O, həmçinin  İŞİD, Əl-Qaidə, Cəbhət ən-Nüsra və sair kimi təşkilatların  yaranması ilə nəticələnən  intellektual və ruhani böhranın səbəblərindən biridir», - deyə məlumatda bildirilib.

Qeyd edək ki, simpoziumda Rusiya, İran, Türkiyə, həmçinin Avropa, MDB, Yaxın Şərq, Şimali Afrika, Cənub Şərqi Asiya ölkələrinin  İslam Təşkilatlarının nümayəndjələri iştirak edəcək. 

Xatırladaq ki, fətva avqustun sonlarında  Qroznıda keçirilən «Əhli-sünnə – onlar kimdir» konfransından sonra verilmişdi. Sənəd, mətnə əsasən, Rusiya müfti və alimlərinin  yekdil qərarı ilə razılaşdırılıb və Rusiya  Federasiyası ərazisində icrası vacibdir. Fətvada XVIII əsrin sonlarında Ərəbistan  yarımadasında yaradılan vəhhabilik kəskin tənqid olunub və İslamdan ayrı tutularaq, sekta kimi qəbul edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru