soyqirim
40 İL SONRA DÜNYADA NƏLƏR BAŞ VERƏCƏK?
ABŞ-lı mütəfəkkir Alvin Toffler, dünyanın gələcəyinə dair fikirlərini açıqlayıb
20-10-2010

Bookmark and Share


ABŞ-lı mütəfəkkir Alvin Toffler, dünyanın gələcəyinə dair fikirlərini açıqlayıb. Tofflerə bildirdiyinə görə, 40 il sonra qadınlar iqtidarda olacaqlar. Qərbə müsəlman köçü artacaq və ABŞ Çindən asılı halda olacaq.

Amerikalı məşhur mütəfəkkirlərdən olan Alvin Tofflerin hesablamasına görə, gələcək 40 il ərzində qadınlar indiyə qədər bənzəri görülməmiş şəkildə iqtidarda olacaqlar. Qərbə müsəlman köçü artacaq və artıq işə getmək lazım olmayacaq.

1970-ci ildə yazdığı "Gələcək Şoku" kitabıyla, gələcəyin elmi olaraq  adlandırılan Alvin Toffler, kitabının nəşr olunmasının 40-cı ildönümü münasibətilə 40 il sonra dünyanın necə olacağı haqqında fikirlərini bildirib. Faktxeber.com-un NTV-yə istinadən verdiyi məlumata görə, hesabatdakı göstəricilərə əsasən, Cənub Afrikan iqtisadi cəhətdən inkişaf edəcək və dini etnik hərakatlardan qaynaqlanan ideologiyaların hakim olacağı göstərilir.

ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil edilən konfransda açıqlanan "Gələcək 40 il üçün 40 təxmin" adlı hesabata görə, insanlar böyük istehsal sahələrindən daha az asılı olmaq üçün öz tərəvəzlərini yetişdirəcək qidalardan istifadə edəcəklər.

İŞƏ GETMƏYƏ EHTİYAC QALMAYACAQ


Yüksək sürətli internet sayəsində artıq işə getməyə ehtiyac olmayacaq. Dünyanın istənilən hər bir yerindən bütün işlər kompyuter vasitəsilə rahat idarə olunacaq.

Şimali Koreya və İran kimi yalnız bir neçə ölkə, dünyanın ən böyük iqtisadi gücləri olacaqlar. Çin faiz nisbətlərinə təsir etmək üçün Braziliya və Hindistan ilə, enerji ehtiyacını qarşılamaq üçün isə Venesuella və bəzi Afrika ölkələriylə əməkdaşlıq edəcək.

ABŞ, ÇİNDƏN ASILI OLACAQ


Gələcək 40 ilin hesablanmasına görə, ABŞ enerji sistemləri, avtomobil və silah istehsalı üçün lazımlı olan yeni qiymətli metalları almaq üçün  Çindən asılı vəziyyətə düşəcək. Xristianlığın cənub yarımkürələrdə çox olmasına baxmayaraq müsəlmanların əksəriyyətinin qərb ölkələrinə köçəcəK.

İQLİM DƏYİŞİKLİYİ QARŞIDURMALARA GƏTİRİB ÇIXARACAQ

Tofflerin uzaq görənliklərinə əsasən, iqlim dəyişikliyi qarşıdurmalara səbəb olacaq, buzlaqların əriməsi yeni neft və mineral zənginliklərinin kəşf edilməsinə gətirib çıxaracaq. Suların yüksəlməsi, dəniz sahilləri boyunca yaşayan insan kütlələrinin  başqa yerlərə köçməsinə gətirib çıxaracaq. Gələcək 40 ilin təxmininə görə, qadınla indiyə qədər görülməmiş bir nisbətdə yüksək vəzifələrə gələcəklər.

Toffler və qrupu, informasiya vasitələrinin sürətinin artmasına görə "qiqabayt" yaddaş tutumları "petabayte" yaddaş tutumuyla əvəz olunacaq.

Qeyd edək ki, Tofflerin, kitabında sürətin artacağı, homoseksual evliliklərin gündəmə gələcəyi və ətraf fəlakətlərinin çoxalacağı kimi başqa uzaqgörənlikləri də doğru çıxmışdı.  Sosioloq Tofflerin bir çox dilə çevrilən kitabı, indiyə qədər 6 milyondan çox satılıb
.

 

Xəyal Şükür

soyqirim
soyqirim