Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Dekabr

2016
09:46
1118
Mobil Qurani-Kərim tətbiqlərinə qarşı diqqətli olun!

Beynəlxalq Quran Əzbərləmə Qurumu mobil cihazlarda istifadə edilən mobil Qurani-Kərim tətbiqində təhriflər və səhvlər olduğu xəbərdarlığını edib.

FaktXəbər-in məlumatına görə, açıqlamada bildirilir ki, internet saytları ilə Apple Store, Google Play kimi onlayn dükanlardakı mobil rejimlərdə bəzi ayələrin dəyişirildiyi barədə şikayət məktubları alıblar. 

Sözügedən tətbiqlərdə ayələrin mənasının dəyişməsinə səbəb olan hərf və ya söz səhvləri ilə yanaşı, ayələrin sıralamasında və ya hərəkələrdə dəyişikliklər edildiyi, hətta bəzi səhifələrin silinməsinə səbəb olan texniki səhvlər görüldüyü bildirilir.

Açıqlamada bütün müsəlmanlara bu kimi tətbiqləri və mənbəyi bəlli olmayan proqramları istifadə edərkən diqqətli olmaları, məlum olan etibarlı üsullardan yararlanmağa çağırış edilib.

Qurani-Kərimin təhrif edildiyi proqramlardan birinin Apple Store-da olan A.S.H. şirkəti tərəfindən hazırlanan "Quran" adlı tətbiqi olduğu qeyd edilib. Açıqlamada "Mədineyi Münəvvərədəki Kral Fəhd Qurani-Kərim Nəşr Kompleksi"nin adının istifadə edildiyi sözügedən tətbiqdə "Taha" surəsinin 14-cü ayəsində hərf səhvləri olduğu, 27-ci ayədən 31-ci ayənin bir qisminə qədər isə əskik olduğu bildirilib.

Eyni ilə "Quran 360" adlı tətbiqdə hərəkələrin çoxunda səhvlər aşkarlandığı, "Qurani Kərim" adlı tətbiqdə isə bəzi ayələrin olmadığı qeyd edilib.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru