Tarix:18-02-2017 10:32
Mənasız sözlər açıqland: aşnabaz, aftafa-ləyənsiz, arvadyosunlu - SİYAHI
Şərh yaz

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer almış yüzlərlə yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin, müxtəlif şəkilçilər və hallandırmalarla artırılmış, bəzən iki-üç şəkildə verilmiş ifadələrin növbəti təsnifatını təqdim edib.

FaktXəbər "Report"a istinadən həmin siyahıda yer alan yüzlərlə sözlərdən bəzilərini təqdim edirik.

Dialekt və ara sözləri: alax-bulax, alaməzhəb, alanqu, alapələngi, ala-pörtü, alaşıq-dolaşıq, alışdımyandım, allaflıq, alverxana, amalqalaşmaq, ambıl, ambır, ambırağız, anarı, andıraqalma, andıraqalmış, anqutboğaz, anrı, anrı-bəri, ap-alaca, ara-axtar, araqlama, araqlamaq, aravuranlıq, arayatı, arıq-cırıq, armudağız, armudboğaz, arva, arvadağızlıq, arvadcıq, arvadoğlu, arvadsevən, arvadyosunlu, arvalı, asfaltsifət, aşbaşı, aşnabaz, atağız, atağızlı, atbalaxanım, atçənə, atqulağı, atsifət, avanmaq, avara-heyvərə, ayın-şayın, ayışma, ayışmaq, aynıtma, aynıtmaq , aynıyıb-artmaq, azcana, azğın-xətakar, azıb-təzmə, azıb-təzmək, azın-mazın, azışdırma, azışdırmaq, azışma, azışmaq, azıtma, azıtmaq.
 

İşlənməyən ərəb, fars, rus və digər əcnəbi sözlər: aləmgir, aləmsuz, aləmşümul, aləmtab, alicah, aligövhər, alihümmət, aliqədr, alinəsəb, alinəsəblik, alişan, allaf, allafbazar, amadə, amadəlik, anən, anən-fəanən, animist, anqariya, aramgah, arifmetik, ariz, arizə, arzuman, arzumənd, asar, asari-ətiqə, asudəhal, aşiyanə, aşüftə, aşüftəhal, atəşbar, atəşxana, ati, atil, atillik, atributor, avanport, avanpost, avazat, avazə, avtoblokirovka, avtojir, avtomotor, avtorequlyasiya, avtorota, avtoşin, ayəndə, azadəsər, azadxah, azadıstan və s.
 

Terminlər: aerodinamiki, aerofotometr, aerofototopoqrafiya, aerogeologiya, aerohidrodinamika, aerohidromexanika, aerohidromexaniki, aeroion, aeroionizasiya, aeroionizator, aeroionlaşma, aeroionterapiya, aerokarpiya, aeroqlavimetr, aeroqraf, aeroqrafiya, aerolift, aerolit, aeromaqnit, aeromaqnitamper, aeromaqnitometr, aeroponika, aerostatika, aerotaxometr, aerotenk və s.
 

Suni sözlər və söz birləşmələrindən düzəldilən qurama sözlər: açıq-saçıqlıqedən, açıq-saçıqlıqetmə, açıq-sarı, açıqtipli, açıq-ürəklilik, açıq-yaşıl, açıq-yaşılı, açılıb-partlama, açılıb-partlamaq, açış, açma-qapama, açma-yığma, adadovşanıçılıq, adalma, adam-adamyana, adamağıllı, adamayovuşma, adamçaşdıran, adamdanqaçma, adamküsdürmə, adamoynatma, adamöldürmə, addımölçmə, adəmdənqalma, adətdənxaric, adətəyaraşan, adətəyaraşmazlıq, adıbədnamlıq, adıbilinməz, adilolan, adilolma, adqoyan, adlı-sanlılıq, adsorbsiyaedici, adsorbsiyaedicilik, adsorbsiyaetmə, adsorbsiyaolunma, adverbiallaşma, adyalüzlüyü, aerofotoşəkilçəkmə, aeroşəkil, aerotədqiqat, aerotəhqiqat, affektədüşmə, affektkeçirmə, aftafa-ləyən, aftafa-ləyənli, aftafa-ləyənsiz, agahetmə və s.
 

Lüzumsuz sözlər və söz hallandırmaları: açıq-sarılı, açındırma, adamaoxşamazlıq, adamcıllıq, adamsevən, adda-buddalıq, addanmaq, addımlayan, addımlı, adəmağacı, adətcə, adıbəllilik, adiləşdirilmə, adiləşdirilmək, adilətmə, adilətmək, aerodinamik, aeroelektrik, aerofilm, aerofiltr, aerofit, aerofiziki, aerofon, aerofotoaparat, aerofotoçəkiliş, aerofotokadr, aerofotokamera, aerofotoqrafiya, aerofotomaterial, aerofotopanoram, aerofotoplyonka, aerofotosxem, aerofotoşəkil, aerogeoloji, aeroxizək, aeroiqlim, aerokadr, aerokəşfiyyat, aerokinoaparat, aerokirşə, aeroklub, aerokosmik, aeroqatar, aeroqliserin, aeroloji, aeromayak, aeromexanika, aeromexaniki, aerometr, aerometrik, aeromorfoz, aeroneqativ, aeronomiya, aeroplanşet, aeropoçt, aeroradiomayak, aerosinoptika, aerosolyari, aerostimullaşdırıcı, aerosüzgəc, aerotank, aeroterapevtik, aeroterapizm, aerotermometr, aerovaqon və s.
 

Qeyd edək ki, sözləri təqdim edən Mərkəz oxucuların, dil və lüğət mütəxəssislərinin fikir və mülahizələrini, irad və təkliflərini gözlədiyini açıqlayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : T.
Teqlər :
Mənasız - sözlər - açıqland: - aşnabaz, - aftafa-ləyənsiz, - arvadyosunlu - - - SİYAHI -
Paylaş :
Mail Yazdır Şərh yaz 1 dəfə şərh edilib
Tarix:18-02-2017 10:32 - Oxundu: 726
Şərhlər
Elmar Məhərrəmov tərəfindən 18-02-2017 Tarixində yazıldı
--Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dilimizdə vaxtilə bolşeviklər tərəfindən keçirilmiş "təmizləmə" təkliflərini təkrar etmək arzusunda olduqları üçün üzülürəm. Kimin xoşu gəlmirsə, göstərilən həmin sözləri işlətməsin. Mən də onların bir qismini ilk dəfə eşidirəm. Amma bu, o demək deyil ki, müəyyən bölgələrdə formalaşmış və əhalinin dilinə tam hopmuş sözləri Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin xoşuna gəlmədiyi üçün tamamilə silib atmaq və xalqa bu sözlərdən istifadə etməyi qadağan etmək lazımdır. Məgər bu dili siz yaradıbsınız ki, siz də onu bir göstəriş və ya əmrlə təmizləyəsiniz?! Birdəfəlik bilmək lazımdır ki, dil mütləq konservativ olmalıdır. O oyuncaq deyil ki, hər yerindən duran onu təmizləsin və yeniləşdirsin. Belə olmaz, mənim əzizlərim. Bildiyiniz kimi ingilis dilində diftonqların sayı-hesabı yoxdur. 300 ilə yaxındır ki, “daughter” sözünün tələffüz olunduğu kimi (“dotə”) işlədilməsi üçün Böyük Britaniya parlamentində məsələ qaldırılır. Ancaq parlament bu təklifi qəbul etmir. Bu, onunla əsaslandırılır ki, gələcək nəsil ilkin formada yazılmış sözün mənasını anlaya bilməz. Gördüyünüz kimi ingilislər bir sözün qayğısına qalırlar, bizim mütəxəssislər isə, Hacı Qənbərin burunotu məsələsi kimi, hər şeyi birdəfəlik həll etmək istəyirlər. Lap elə götürək farsca “ayəndə” sözünü. “Məclisi ayəndə vurur tək səbir”. Bu sözü siz lüğətdən çıxardıqdan sonra yazıq oxucu onun izahını haradan tapacaq. Bu, Sabirə qarşı hörmətsizlik deyilmi? İngilis, ərəb, rus dillərindən məlumatı olan hər bir şəxs çox yaxşı bilir ki, həmin dillərdə bir-birini təkrarlayan, özü də həm xarici dillərdən alınma, həm də bölgələrdə istifadə olunan külli miqdarda sözlər var. Məgər onlar bu sözlərdən imtina edirlər? Bəyəm hər cür eksperimentlərin keçirilməsi elə bizim dilimizə qalıb?! Kifayətdir! Dili siz yaratmayıbsınız ki, siz də onu "təmizləyəsiniz". Təəssüflər olsun ki, son vaxtlar həm yer adlarımıza – toponimlərimizə, hidronimlərimizə, həm də dilimizdəki sözlərə qarşı mənşəyinin haradan qaynaqlanması bəlli olmayan hücumlar edilir və bu sayaq hücumların sayı getdikcə artmaqdadır. Mövzudan kənara çıxsam da, güzəştli sayın, bir neçə adı dəyişdirilmiş toponimə toxunmaq istərdim. Löhbatan – löh iri balıq deməkdir. Bu gün də Güney Azərbaycandakı həmvətənlərimiz, habelə Arazboyunca yaşayanların çoxu iri balığa, balığın çox olduğu yerə “löh balıq” deyirlər. “Batan” sözü isə dilimizdə hər hansı bir şeyin çox olmasını bildirir. Löhbatan – löh balığın çox olduğu yer mənasındadır. Amma biz bu sözdəki bir hərfi dəyişməklə onu farsca “dəvə”yə çevirmişik. Guya ki, burada dəvə batıb. Dəvəçi – Dəvəçi ilə tarixi Şabranın arasında 20 km-dək məsafə var. Dəvəçi başqa yaşayış yeridir. Biz onu zorla “şabranlaşdırdıq”. Bu nə dərəcədə düzdür? Soana – Sumqayıt çayının tarixi adıdır. Mənası suyun tərsinə axmasıdır. Yəni yay aylarında quraqlıq üzündən su geriyə, sizin bəyənmədiyiniz “oana”, “o yana”, “anrıya” axır. Ptolomey onun adını çox düzgün olaraq “Su oyana” yazıb. Biz isə fırıldaqçı bir erməninin bizim üçün uydurduğu saxta “Sum qayıt” “əfsanə”si ilə babalarımızı quldur adlandırıb, “Hindistandan gələn Sum”un qayıtmaması barədə taleyinə acımışıq, üstəlik bu uydurmanı dərsliklərimizə də salmışıq. Amma heç fərqinə də varmamaışıq ki, niyə Hindistandan gələnlər bizim dildə danışırmışlar? Sum qayıt, Ceyran batan və s. Bunları yeri gəlmişkən dedim. Belə misallar yüzlərlədir. Yadımdadır ki, mən orta məktəbə gedəndə bizə “şərqi” dərsi keçərdilər. Birdən-birə onun adı nədənsə dəyişdirilib “nəğmə” dərsi qoyuldu. Dərs siniflərimizə “oda” deyirdik. Onun da adı dəyişdirilib “otaq” edildi. O vaxt bunların nə demək olduğunu başa düşmürdük, uşaq idik, kimlərin tapşırığı ilə edildiyini və nə məqsəd güdüldüyünü anlamırdıq. Bəs indiki dəyişikliklərə nə ilə bəraət qazandıraq?!
Mədəniyət
22-03-2017 09:32 "Ermənistan barədə dedim ki,.." - Sami Yusif Bakıda
15-03-2017 15:55 “Qələm” yazarlar birliyinin təqdimatı keçirilib
14-03-2017 11:35 İtaliyada "dəlisov" sərgidə ilk dəfə Hitlerin əsəri təqdim olundu - FOTO
14-03-2017 11:11 Balacalar "Çərşənbələr" adlı tədbirdə - FOTO
14-03-2017 10:57 Bestseller kitablar müəllifi Rövşən Abdullaoğlundan YENİ psixoloji roman
14-03-2017 09:03 Azərbaycanda Novruzun sonuncu - “İlaxır çərşənbə”si qeyd olunur
07-03-2017 09:12 Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
03-03-2017 12:09 "Uolt Disney" homoseksuallığın təbliğinə "qapını açdı" - VİDEO
03-03-2017 10:35 İran yeni animasiya filmi ilə ABŞ-a cavab verib - VİDEO
02-03-2017 15:03 Alimlər: Kanada dünyanın ən qədim yaşayış məskənidir
28-02-2017 08:41 Azərbaycanda Od çərşənbəsi qeyd olunur
27-02-2017 11:21 "Oskar"da sürprizlər: Trampa ismarıc, İran filmi, müsəlman qalib…-VİDEO
27-02-2017 10:08 "Oskar" mükafatının təqdimetmə mərasimində qalmaqal - VİDEO
21-02-2017 08:44 Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir
18-02-2017 12:04 Robert De Nirodan jurnalistlərə bahalı təklif
18-02-2017 10:32 Mənasız sözlər açıqland: aşnabaz, aftafa-ləyənsiz, arvadyosunlu - SİYAHI
16-02-2017 15:44 Şah İsmayılın İmam Əli (ə) haqda yazdığı şeirlərin əsli tapılıb
15-02-2017 15:37 Rac Kapurun Bakı səfərindən MARAQLI KADRLAR
14-02-2017 15:41 Qarabağ barədə iranlı rejisorun çəkdiyi filmin fraqmenti yayılıb
08-02-2017 11:53 İstanbulda "erməni qətliamı"ndan bəhs edən film göstəriləcək - Video
07-02-2017 16:58 Türkiyə Məhkəməsi Polad Ələmdarla bağlı qərarını açıqladı
01-02-2017 13:04 Sami Yusuf Donald Trampa sərt etiraz etdi
31-01-2017 09:24 Kiçik çillə - “qışın oğlan çağı”
27-01-2017 10:19 Kürdüstan Birliyindən “Məhəmməd Allahın Rəsuludur” filminə qadağa
25-01-2017 10:57 “Oskar” mükafatına namizədlərin adları açıqlanıb - SİYAHI
23-01-2017 17:08 "Kurtlar Vadisi Pusu"nun başlamamasının səbəbi məlum oldu
14-01-2017 10:50 Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş etdiriləcək
12-01-2017 11:12 Sami Yusif Bakıya gəlir
09-01-2017 20:39 Nazirlikdən Rusiya kanalındakı erməni iddialarına cavab
30-12-2016 16:13 "Verilişlərin keyfiyyətinin aşağı olması bizi çox düşündürür"
28-12-2016 16:56 “Kurtlar Vadisi Pusu”nun başlayıb-başlamayacağı bəlli oldu!
26-12-2016 09:10 Tanınmış muğam ustadı dünyasını dəyişib
12-12-2016 21:49 "Şəki və onun tarixi hissəsi" YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilə bilər
10-12-2016 15:12 Sevil nənə: Odunla sac üstündə bişirilən lavaşın ləzzəti bambaşqa olur
09-12-2016 10:09 Eyni xəbəri kanallar necə təqdim edərdi - VİDEO
02-12-2016 10:35 Xızır peyğəmbərin bayramı YUNESKO-nun mədəni irs siyahısında
30-11-2016 21:21 Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib
30-11-2016 15:01 Novruz bayramı YUNESKO-nun siyahısına daxil edilib
24-11-2016 16:26 Kukla Teatrında “Unudulmuş kukla”
24-11-2016 16:17 Kurtlar Vadisi yeni mövsümə nə zaman başlayacaq?
22-11-2016 14:21 “Azərbaycan xalçaları” jurnalının XX sayı nəşr olunub
28-10-2016 10:32 Çəkiliş meydançasında Brus Linin oğlunu güllələyən aktyor vəfat edib
27-10-2016 12:32 Fuad Poladov: "Azdrama"dan getmişəm
26-10-2016 15:07 Tanınmış aparıcıdan MTRŞ-a şikayət olundu
20-10-2016 14:42 Bakıda ilk dəfə çörək festivalı keçirildi - FOTO
15-10-2016 13:53 Akademik Milli Dram Teatrında "Generalın son əmri” tamaşası nümayiş olunub
13-10-2016 15:12 Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb
12-10-2016 15:46 "Ərdoğan" yazılmış məzar daşı Türkiyəni qarışdırdı - VİDEO
04-10-2016 14:40 "Məhəmməd – Allahın elçisi" filminin yeni kadrları yayımlanıb - VİDEO
27-09-2016 12:55 Bu qısa film sizin həyatınızı dəyişə bilər - VİDEO
06-09-2016 09:29 Filmlərin nümayişi zamanı reklam qadağan edildi
05-08-2016 14:54 İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək
27-07-2016 15:38 Azərbaycan Xalça Muzeyidə “Ailə günü” adlı tədbir keçiriləcək
27-07-2016 09:37 Kino Günü ilə bağlı tədbir keçiriləcək
15-07-2016 16:23 Milli Kitabxananın nəzdində Açıq kitabxana layihəsinin açılışı olub
15-07-2016 15:36 Bakı metrosunda Azərbaycan filmləri – FOTO
14-07-2016 10:25 Metroda Azərbaycan kinosu - FOTO
09-07-2016 11:41 Dolmadan sonra indi də LAVAŞ DAVASI başlayır
05-07-2016 15:57 Şəhərin mərkəzində «Açıq kitabxana»...
23-06-2016 12:24 "Prezidentin mənə verdiyi evi satıb oğlumun müalicəsinə sərf etdim"

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az