Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2019
17:17
243
MN: Azərbaycanın təlimlər keçirməsi Ermənistanı qorxuya salıb

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin keçirilməsi həmişə olduğu kimi növbəti dəfə Ermənistan tərəfini qorxuya salıb.

Bunu açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Ordumuzun planlı surətdə keçirdiyi təlimlər barədə Müdafiə Nazirliyi həmişə əvvəlcədən xəbər yaymaqla ictimaiyyəti və beynəlxalq qurumları məlumatlandırır. Eyni zamanda təlimin mərhələləri barədə foto-video süjetlər Nazirliyin rəsmi internet saytı vasitəsilə ictimaiyyətə təqdim olunur.

Bizdən fərqli olaraq Ermənistan tərəfi heç vaxt belə bir addım atmır. Keçirdiyi dırnaq arası hərbi təlimlər barədə əvvəlcədən rəsmi məlumat vermir, yalnız “təlim” bitdikdən sonra əvvəllər çəkilmiş bir-iki döyüş texnikasının köhnə foto və videolarını yaymaqla kifayətlənir.

Beynəlxalq qurumlar tərəfindən tanınmış sərhədlərimiz çərçivəsində təlimlər keçirməyimizdən təşvişə düşən rəsmi Yerevan guya bizim hansısa tələbləri pozmağımız barədə uydurma və gülünc bəyanatlarla çıxış etməkdən belə çəkinmir", - Nazirlik rəsmisi əlavə edib.

Məqalədə : ordu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

17 yaşlı oğlanda 18 sm quyruq aşkarlanıb - FOTO

21

May
14:23
AİLƏ, SAĞLAMLIQ
65

Motosiklet oğrusu tutuldu - FOTO

21

May
14:16
HÜQUQ,HADİSƏ
71

Sabahın hava proqnozu açıqlanıb

21

May
13:44
ÖLKƏ
49

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
64

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
766

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
73

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
42
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 14:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru