Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 İyul

2017
15:40
792
Müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcək

İyulun 19-da Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı keçirəcək. 

Təhsil Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub.

İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə elektron imtahan mərkəzində təşkil olunacaq.

Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər.

Qeyd olunub ki, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi cari ilin aprelindən başlayaraq  müəllim olmağa hazırlaşanlar üçün elektron sınaq imtahanları keçirir. İmtahanlarda ölkəmizin bütün bölgələrindən müəllim olmaq istəyən şəxslər iştirak edir. Elektron sınaq imtahanında iştirak üçün Təhsil Texnologiyaları Mərkəzinə müraciət edərək qeydiyyatdan keçmək mümkündür.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru