Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
17:40
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulu üzrə növbəti mərhələ başlayır

Sabahdan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron sənəd qəbulu başlayır. 

Təhsil Nazirliyindən FaktXeber.com-a verilən məlumata görə, dördüncü turda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə əvvəlki turlarda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştrak edən şəxslər qatıla bilərlər.

Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə sözügedən prosesdə iştirak edə bilər.

Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu əvvəlki turlarda olduğu kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron sənəd qəbulu oktyabrın 14-dək davam edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 18:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com