Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 Avqust

2017
12:10
2184
Müəllimlərin işə qəbul imtahanından qovulanlar olub - RƏSMİ

Bir neçə gündür müəllim olmaq istəyənlər işə qəbul imtahanları verirlər. Təhsil Nazirliyindən verilən məlumata görə, iyulun 25-dən start verilən imtahanlarda artıq 40 minə yaxın namizəd iştirak edib.

Namizədlər 90 dəqiqə ərzində ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırırlar.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib.

İmtahanlar avqustun 5 -dək davam edəcək.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

Bəs bu imtahanlarda qaydaları pozanlar, prosesdən kənarlaşdırılanlar olurmu?

Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, müəllimliyə imtahan verən bəzilərinin nəinki nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir: 

“Gəlib qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır. Təsəvvür edin, oturub arakəsmənin o tayındakı namizədlə danışır, ondan nömrə alır, hər yolla başqalarına mane olurlar. İmtahan zalına telefon keçirirlər. Beləcə, imtahan prosesini də pozurlar. Telefon və elektron əşyaların imtahana keçirilməsinin qadağan edildiyi barədə xəbərdarlıqlara baxmayaraq, hər kəs buna cəhd edir. 4 nəfər artıq bu səbəbdən imtahandan çıxarılıb. Telefon və qulaqcıqla tutulan namizədi prosesdən yarımçıq çıxartmaq məcburiyyətində qaldıq”.(modern.az)

Məqalədə : İşə qəbul imtahanı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru