Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Aprel

2017
14:04
2896
Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır

Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

O bildirib ki, bu sahədə bir sıra yeniliklər də olacaq: “Dəyişikliklər müəllimlərin xeyrinə olacaq. Bu il müəllim olmaq üçün imtahan verən şəxslərin sayının daha çox namizəd gözləyirik, çünki vakansiyaların sayı artıq olacaq”.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd edib ki, Bakı şəhəri üzrə məktəblərdə direktor olmaq istəyən namizədlər üçün təlimlər keçiriləcək: “Müvafiq ali təhsil müəssisələrində keçirilən bu təlimlərdən uğurla keçən namizədlər daha sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinə müsahibə mərhələsinə dəvət olunacaqlar”.

C.Valehov bildirib ki, müsahibədən keçən namizədlər Təhsil Nazirliyində keçiriləcək müsabiqədə iştirak edəcək: “Yaxın zamanlarda təlimlərlə baģlı ictimaiyyətə məlumat veriləcək. Aprelin 1-dən bu günə qədər paytaxtdan əlavə, digər şəhər və rayonlar məktəblərində direktor olmaq istəyən 2000-dən çox namizəd elektron qeydiyyatdan keçib. Halbuki keçən il ümumi müraciətlərin sayı 3000 idi. Proses davam etdiyindən bu il üçün müraciət edənlərin sayında artım olacağını gözləyirik”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru