Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 İyul

2017
10:18
1044
Məleykə Abbaszadə: `Qəbul prosesi daha çevik həyata keçirilməlidir`

"Qanunvericiliyə edilən dəyişikliklərdən istifadə edərək normativ hüquqi baza yaratmalıyıq". 

Bunu Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət Qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, qəbul prosesi daha çevik həyata keçirilməlidir: "Hər bir insana imkan verilməlidir ki, öz karyerasını dövlət qulluğunda qura bilsin. Belə bir sosial lift yaratmaq bizim borcumuzdur".

M.Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzininin məqsədi istedadlı gəncləri dövlət qulluğuna cəlb etmək, imtahan prosesini daha çevik etməkdir./Report

Məqalədə : Məleykə Abbaszadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru