Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2018
12:00
6143
Məleykə Abbaszadə: `İmtahanların vaxtı...`

“Builki qəbul və buraxılış imtahanlarının, o cümlədən müxtəlif növ sınaq imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzində (DİM) müzakirə olunub”.

Bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu məsələ ilə əlaqədar müvafiq orqanlarla razılaşmalar aparılır: “İmtahanlar kütləvi tədbirlər sayılır. İmtahan günlərində ölkədə başqa kütləvi tədbirlərin keçirilməsi müəyyən çətinliklər yaradır. Buna görə də aidiyyəti orqanlarla müzakirələr aparılır. Yəqin ki, gələn həftə 3 aylıq imtahan təqvimini, imtahan tarixlərini elan edəcəyik”.

M. Abbaszadə DİM tərəfindən hər ay bir dəfə dövlət qulluğuna qəbul imtahanlarının da keçirildiyini xatırladıb.(apa)

Məqalədə : Məleykə Abasszadə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 13:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com