Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2018
12:48
Məleykə Abbaszadə abituriyentlərin intihar etməsindən danışdı

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda iki abituriyentin qəbul imtahanından sonra intihar etməsi məsələsinə münasibət bildirib.

M.Abbaszadə deyib ki, intihar hadisəsi baş verəndə qəbul imtahanlarının nəticələri hələ açıqlanmamışdı. 

Həmişə öz çıxışlarında valideynlərə müraciət etdiyini xatırladan DİM sədri əlavə edib ki, bu prosesdə valideynlərdən çox şey asılıdır: "Ailə istəyir ki, övladı ali təhsil alsın və bunu da onun xoşbəxtliyi üçün istəyir. Uşaq var oxumaq istəmir, ancaq valideyn onu kitab oxumağa məcbur edir. Ola bilər ki, övladının hansısa sahədə əl qabiliyyəti var və bu işlə məşğul olmaq istəyir. Ona görə də yeniyetmələrin fikrini öyrənmək, onlarla ünsiyyətdə olmaq lazımdır".

Məleykə Abbaszadə bildirib ki, valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini yeniyetmələrdən tələb etməsi düzgün deyil: "Ümumilikdə isə intihar səbəblərini Dövlət İmtahan Mərkəzi ilə əlaqələndirmək doğru deyil. Bizim müxtəlif çarxlarımız var. Bu materiallarla valideynlər də tanış olmalıdır".(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Məleykə Abbaszadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2018 04:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com