Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2019
12:59
Məktəblərdə psixoloqların sayı şagirdlərin sayına uyğunlaşdırıla bilər

““Təhsil haqqında" qanuna uyğun olaraq "Psixoloji xidmətin təşkili haqqında" qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib”.

Bunu “Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev deyib.

Onun sözlərinə görə, qanun layihəsində psixoloqların sayının şagirdlərin sayına uyğunlaşdırılması nəzərdə tutulur: “Hesab edirəm ki, bu, bizim işimizə müsbət təsir göstərəcək. Biz ailələrin məktəblə əlaqəsini genişləndirmək məqsədilə onların vəziyyətini də öyrənmişik. 30 minə yaxın ailədə ata-ana ayrılıb, əlbəttə bunun da uşaqların psixologiyasına təsiri var. Yaxud müəyyən qisim uşaqlar hər iki valideyndən məhrum olub. Əlbəttə ki, belə uşaqların zərərli vərdişlərə yiyələnmə ehtimalı daha çoxdur. Ona görə də belə uşaqları müəyyən edərək, onlarla iş aparırıq. Deməzdim ki, Azərbaycanda zorakılığa məruz qalma, zərərli vərdişlərə qoşulan uşaqların sayı yox dərəcəsindədir. Əlbəttə, belə uşaqlar var".

F. Həmzəyev vurğulayıb ki, həmin uşaqların məktəb təlimlərinə cəlbində də müəyyən problemlər olur: "Qanunlarımızda bu məsələ ilə bağlı boşluqlar özünü göstərir. Misal olaraq, Azərbaycanda icbari təhsil 9 illikdir. İcbari təhsil səviyyəsində də təhsildən yayınanlar var. Belə uşaqların əksəriyyəti məhz valideynləri tərəfindən təhsildən yayındırılır. Həmin uşaqlar təsərrüfat və digər işlərə cəlb olunur. Bu uşaqların icbari təhsilə cəlb edilməsində müəyyən çətinliklərimiz var".

Məqalədə : Məktəblər psixoloq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abşeronda güclü yanğın başlayıb

24

Fevral
09:31
HÜQUQ,HADİSƏ
95

Dünya bazarlarında təbii qaz və neft ucuzlaşıb

24

Fevral
09:17
İQTİSADİYYAT
175

Türkiyədə yenə də zəlzələ olub

24

Fevral
09:09
DÜNYA
221

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
721

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
567

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
833

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
609
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 09:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru