Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Avqust

2017
14:53
640
Məktəbli geyimlərinin qiyməti ilə bağlı – AÇIQLAMA

Vahid məktəbli geyimlərinin qiymətində artım olmayıb. FaktXəbər-in verdiyi məlumata görə, bunu Teleqraf.com-a Bakı Tikiş Evi ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

Onun sözlərinə görə, hələlik məktəbli formaları əvvəlki qiymətlərə satılır: “Ötən il vahid məktəbli geyimlərinin satışında 7 faiz bahalaşma olmuşdu. Hələlik ötənilki qiymət qalır. Manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük”.

Etibar Əzimov məktbəli geyimlərinin qiymətini də xatırladıb.

O qeyd edib ki, məktəbli formaları aşağı siniflər üçün 40, yuxarı siniflər üçün 46 manatdır: “Yeni tədris ilinin başlanmasına yaxın müraciətlərin sayı aratcaq. Hələlik valideyn və uşaqlar istirahətdədir. Müştərilərimiz azdır.

Bakı, Sumqayıt və Xırdalan ərazisində filialımız var. Məktəbli geyimlərinə kimin ehtiyacı varsa, yaşadığı əraziyə yaxın mağazalardan da ala bilər”.

Məqalədə : məktəbli geyimləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru